Mikayıl Cabbarov yeni SUPERNAZİR KÜRSÜSÜNDƏ... - Nələr olacaq?
Prezident İlham Əliyev dünən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” fərman imzalayıb.
“Yeni Müsavat” xəbər verir ki, fərmanla Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
Fərmanla İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib.
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirəcəklər.
Prezidentin sərəncamı ilə Mikayıl Cabbarov iqtisadiyyat naziri təyin olunub. Bu münasibətlə onu qəbul edən prezident kifayət qədər ciddi fikirlər səsləndirib: “Mən sizi iqtisadiyyat naziri vəzifəsinə təyin edirəm. Bu, çox məsuliyyətli vəzifədir. Əlbəttə, Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafı bizim əsas prioritetimizdir. Bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır. İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır”.
Prezident növbəti dəfə bəyan edib ki, islahatlara alternativ yoxdur: “Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.
Hələ on minlərlə insan kölgə iqtisadiyyatında fəaliyyət göstərir
Dövlət başçısı bildirib ki, islahatlar yaxşı nəticələr verir: “Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı. Yəni bu, nə deməkdir? Yəni bu yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar. Bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi. Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, bu insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onların pensiya haqqı nəyin hesabına hesablanacaq? Ona görə mən, o cümlədən muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq. Biz indi icbari tibbi sığortaya keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha güclü olmalıdır. Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb. Hələ ki ən azı on minlərlə insan indi demək olar ki, bir növ kölgə iqtisadiyyatında fəaliyyət göstərir.
Ona görə bu sahə çox ciddi diqqət tələb edir, çox ciddi addımlar atılmalıdır. Əminəm ki, İqtisadiyyat Nazirliyi bu məsələnin öhdəsindən gələcək. Ümumiyyətlə, bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir".
Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin
Ölkə rəhbəri sahibkarlığın inkişafı məsələsinə də diqqət yetirib: “Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz.
Eyni zamanda haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək.
Ona görə sizin qarşınızda çox böyük vəzifələr dayanır. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı bizim üçün hazırda əsas prioritet məsələdir. Dediyim kimi, bu, imkan verəcək ki, biz sosial sahəyə daha böyük vəsait ayıraq".
Yeni nazirlik bir sıra mühüm istiqamətlərdə əlverişli imkanlar yaradır
Hökumətin iqtisadi blokunda baş verən ciddi dəyişiklikləri “Yeni Müsavat”a şərh edən iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, struktur islahatlarının aparılması zərurətdir: “Bu islahatlar kadr dəyişiklikləri ilə müşayiət olunmalıdır. Eyni zamanda strukturun çevikliyinin təmin edilməsi prioritet məsələlərdən biridir. Bu baxımdan, iqtisadi sferada daha böyük səlahiyyətlərə malik qurumun yaradılması struktur islahatlarının tərkib hissəsidir. Biz belə bir qurumun yaradılmasının tərəfdarıyıq. Bu qurum bir-birinə sıx bağlı olan müxtəlif sahələr arasında effektiv əlaqələndirmənin yaradılmasına imkan verəcək. Bu isə daha çevik qərarların qəbul edilməsinə şərait yaradacaq”.
Ekspertin fikrincə, islahatların davam etdirilməsi, digər bir sıra sahələrdə də strukturların birləşdirilməsi, effektiv koordinasiyanın formalaşdırılması çox vacibdir: “Ölkə başçısı sahibkarlığa yaradılan maneələrin aradan qaldırılması, inhisarçılığa, kölgə iqtisadiyyatına son qoyulması istiqamətində konkret və qəti hədəflərini açıqladı. Düşünürəm ki, 2019-cu ilin ikinci yarısından Azərbaycanda bu hədəflərə çatılması tamamilə yeni siyasətin başlanğıcı olacaq”.
Sabiq maliyyə naziri, iqtisadçı-alim Fikrət Yusifov atılan addımları struktur islahatlarının tərkib hissəsi hesab edir: “Əslində Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi çoxdan baş verməli idi. Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi isə struktur islahatları çərçivəsində yeni bir addımdır. Mikayıl Cabbarov bu gün mövcud kadrlar içərisində ən bacarıqlı, proqmatik və qətiyyətli bir rəhbərdir. Onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanıram”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, çoxfunksiyalı dövlət qurumunun formalaşdırılması bir çox hallarda çevikliyin təminatı baxımından düzgün yanaşma kimi qəbul edilmir: “Burada müvafiq səlahiyyətlərin paylaşması mümkün idi. Əmlak Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi düzgün addımdır. Amma Vergilər Nazirliyinin Maliyyə Nazirliyinə birləşdirilməsi daha effektiv ola bilərdi. Lakin görünür, hələlik Maliyyə Nazirliyinin belə gücləndirilməsinə lüzum görülmür. İstənilən halda, şişmiş dövlət aparatının ixtisar olunması müsbət addımdır. Ola bilsin ki, üç qurumun birləşdirilməsi gizli iqtisadiyyatla mübarizənin aparılması, paralel olaraq da sahibkarlıq üçün daha əlverişli şəraitin yaradılımasına gətirib çıxarsın. Böyük ehtimalla, məmur sahibkarlığı, oliqarx biznesi ilə bağlı əsas məlumatlar Əmlak Komitəsində toplanmışdı. Məlumatların digər qismi şübhəsiz ki, Vergilər Nazirliyindədir. Yeni qurumda hər iki mənbəyə birbaşa çıxış təmin olunmaqla, məmur oliqarxiyasına, inhisarçılığa qarşı effektiv addımların atılmasına imkan verəcək. Əgər həqiqətən biznes mühitinin yaxşılaşdırılması, liberal iqtisadiyyata keçid hədəfi götürülübsə, formalaşdırılan model buna uyğun fəaliyyətə əlverişli şərait yaradır”.
Ekspert bildirir ki, Vergilər Nazirliyi ilə İqtisadiyyat Nazirliyinin tam fərqli öhdəlikləri var idi: “Vergilər Nazirliyi daha çox vergi toplamağa, vergidən azadolmaların, güzəştlərin az olmasına çalışırdı. İqtisadiyyat Nazirliyinin öhdəlikləri isə əksinə, sahibkarlığın inkişafı baxımından daha çox təşviq, stimullaşdırma və azadolmaların tətbiqini nəzərdə tuturdu ki, bu da maraqlar konflikti yaradırdı. Bundan sonra belə konflikt yaranmayacaq, iqtisadiyyat naziri biznesin inkişafı üçün vergi yükünün azaldılması, təşviq mexanizminin tətbiqinə də məsul olacaq. Bu isə daha real, effektiv mexanizmlərin tətbiq olunmasına imkan verəcək. Yəni təkcə vergi toplamağı deyil, sahibkarlığı dəstəkləməyi də hədəfləyəcək”.
R.Həsənovun sözlərinə görə, ölkənin qeyri-neft sektoruna qoyulan investisiyanın həcminin azalması haqlı olaraq ölkə rəhbərliyini narahat edir: “2016-cı ildən etibarən ölkəyə investisiya qoyuluşları kəskin azalıb. Bu ilin 9 ayında 2017-ci illə müqayisədə qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi 49 faiz azalıb. 2018-ci illə müqayisədə isə azalma 43 faizdir. Bu müddətdə qeyri-neft sektoruna cəmi 237 milyon dollar investisiya qoyulub. Bu, onu deyir ki, ciddi problemlər vardı. Ölkədə islahat adı ilə atılan addımların real iqtisadiyyata transformasiyası baş tutmurdu. İndi yaradılan nazirliyin öhdəliklərindən biri də qeyd edilən sahədə real irəliləyişin əldə olunmasıdır. Bu zaman vergi ilə bağlı təkliflərə daha loyal yanaşılmasına, biznes üçün daha əlverişli fəaliyyət şərtlərinin yaradılmasına böyük ümidlər yaranır”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:24-10-2019, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-10-2019, 09:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09