Sənədsiz evlərlə bağlı YENİ TƏKLİF: nə vaxt reallaşacaq?
“Bu ilin fevral ayında ölkə başçısı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərman imzaladı və bu sənəd 400-dək yaşayış kompleksinə şamil edildi”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Lent.az -a bildirib ki, artıq 400-dək binadan təxminən 300-ü qeydiyyatdan keçib:
“Hazırda sənədsiz evlərdə yaşayanların əksəriyyəti fərdi evlərdə qalanlardır. Abşeronda və Bakıda təxminən 500 000-ə qədər həyət evi var. Eyni zamanda, minlərlə yeni tikilidə sənədləri olmayan evlər var”.
Ekspert qeyd edib ki, evlərin sənədləşdirilməməsi bir çox problemlərə səbəb olur:
“Məsələn, bu evlərdə qalanlar qeydiyyata düşə bilmir, bankdan kredit götürə bilmirlər, boşanma baş verdiyi zaman da ortaya bir çox problemlər çıxır. Buna görə də vətəndaşlar evlərin sənədləşdirilməsində maraqlıdırlar.
Alqı-satqı zamanı fərdi yaşayış evlərində vergidən yayınma halları da çox baş verir. Çünki çıxarış olmadığına görə vergi ödənilmir. Bu evlər sənədləşdirildikdən sonra büdcəyə daxilolmalar da artacaq. Bunu ona görə bildirdim ki, hazırda ən çox alqı-satqı prosesi həyət evlərində olur. Çünki sənədsiz evlər daha ucuz olur. Hazırda 30-40 minə normal şəraiti olan həyət evi tapmaq çox asandır. Bununla da dövlət milyonlarla manat itirir”.
E.Fərzəliyev deyib ki, artıq sənədləşmə prosesinə xeyli vaxtdır başlanılıb və gələn ilin əvvəlində artıq evlərə çıxarışlar verilməlidir:
“Hazırda ən çox problemlər qadağan edilmiş ərazilərdə tikilən evlərlə bağlıdır. Qanunsuz tikililər seysmik zonada yerləşirsə, neft ehtiyatlarının olduğu əraziləri əhatə edirsə, vulkanik ərazidədirsə, sökülmək ehtimalları çoxdur.
Bundan başqa, bəzi sənədsiz evlərin torpaq sahiblərinin əllərində sərəncam olsa da, özəlləşdirmə apara bilmirlər. Çünki sərəncamla torpağın təyinatı uyğun gəlmir. Bələdiyyələr bəzi hallarda özlərinə aid olmayan torpaq sahələrinin də sənədləşdirilməsini həyata keçirib. Ona görə də özəlləşdirmə zamanı müəyyən problemlər yaşanır və proses uzanır”.
Ekspert qadağan edilmiş ərazilərdə tikilən evlərdə yaşayan vətəndaşlara kompensasiya veriləcəyini də bildirib:
“Əgər vətəndaş orada yaşayırsa və onun yaşadığına şahid olan şəxslər varsa, onlara yardım ediləcək. Ancaq qanunla tikintisi icazə verilməyən yerlərdə bu baş verməməli idi. Bir evin tikintisi bir neçə ay davam edir və bu zaman bir neçə dövlət qurumunun da bundan xəbəri olur. Bu gün isə bələdiyyə sənədi ilə ev tikən adamlar sonradan öyrənirlər ki, ərazi dövlət torpağıdır.
Sadalanan problemlərlə bağlı təklifim var: tikinti ilə bağlı xüsusi qurum yaradılsın və oradan da vətəndaşlar çıxarışı, icazəni ala bilsinlər. Eyni zamanda, bu qurum da nəzarəti həyata keçirsin. Bir pəncərə sistemində hər şey toplaşacaq, hadisələr müsbətə doğru dəyişəcək və vətəndaşlar problemlərlə qarşılaşmayacaq”.
Xatırladaq ki, dekabr ayının əvvəlində Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov saytımıza bildirmişdi ki, sənədsiz evlər ilə bağlı yaradılmış komissiyalar öz işini davam etdirirlər:
“Komissiyalar hər rayon üzrə aidiyyəti ərazilərə dair araşdırmalar aparır. Komissiyaların işləri yekunlaşdıqdan sonra bizə məlumat veriləcək və tərəfimizdən lazımi işlərə başlanılacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-12-2019, 15:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-12-2019, 15:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39