“Şuşanın icra başçısının nə iti azıb Bakıda?” - Partiya sədri
“Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyir ki, hələ də Şuşaya gedə bilməyib. Ayıbdır! Nə vaxt gedəcəksən? Camaat az qala rüşvət verir, minalı yollarla Şuşaya gedir, torpağa ayaq basırlar. Bayram Səfərov əvvəlcə erməni var idi, gedə bilmirdi, sonra döyüşlər oldu, gedə bilmədi, indi də minalara görə gedə bilmir. Şuşa Bakıdadır? Şuşanın icra başçısının nə iti azıb Bakıda? Getsin Şuşaya, açılışlarda iştirak eləsin, yardım paylasın. Şuşanın icra başçısı, get xəritə çək, bil ki, haranı, neçəyə satacaqsan... Yemək üçün, şirkətini tenderə soxmaq üçün get!”.
Pravda.az-ın xəbərinə görə, bunu AĞ Partiyanın sədri Tural Abbaslı deyib.
T.Abbaslı Xankəndinin deputatı Tural Gəncəliyevi də tənqid edib: “Hələ də Bakıdadır. Get deputatı olduğun əraziyə, hər ailəyə bir ev al, ver! Get otur orada, millət vəkilisən, buraxmayacaqlar?! Səsinizi çıxarın. İşğaldan azad edilən digər rayonların deputatları haradadırlar? Hamısı yaxasına bir nişan taxıb, Bakının küçələrində “Mercedes”də gəzirlər, postlardan da yoxlanışsız keçirlər. Sən get rusun postun yoxlanışsız keç! Sən ora get, döşündəki Milli Məclisin döş nişanını görsünlər, bilsinlər ki, bura kimin torpağıdır. Necə olur, Fransadan senatorlar gəlmək istəyirlər, amma sən gedə bilmirsən? Canlarından qorxurlar. Hansısa deputat desə ki, işğaldan azad edilmiş ərazilərə gedirəm, kim qadağa qoyacaq ki? Hətta Kamil Zeynallı da gedir. Gedin ayağınız, 200 minlik avtomobilləriniz vətən torpağına bulaşsın... Döyüşlər gedən zaman Kəlbəcər, Laçın, Şuşa, Cəbrayıl, Zəngilan, Füzulinin icra başçısı simvolik də olsa hərbi forma geyindimi? Gərək tapşırıq verələr?”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-12-2020, 09:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-12-2020, 09:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01