reklam
Regionxeberlericom.az » Nazir və Baş prokuror 5 yaşlı uşağın işini nəzarətə götürdü

reklam

Nazir və Baş prokuror 5 yaşlı uşağın işini nəzarətə götürdü


“Uşaqla bağlı topladığım bütün məlumatları Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğu göndərmişəm. Nənə və uşağın həyatının təhlükəsizliyi baxımından onların adı, ünvanı, hətta uşağın hazırda hansı xəstəxanada olduğunu açıqlamıram”.

Bunu modern.az-a Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

K.Ağazadə deyib ki, məsələ birbaşa Daxili işlər naziri Vilayət Eyvazovun və Baş prokuror Kamran Əliyevin nəzarətindədir:

“Ona görə də mətbuatdan da təmkinli olmağı rica edirəm. Çünki hazırda nənənin hansısa açıqlaması istintaqın gedişinə maneə yarada bilər. Ana da, sevgilisi də narkotik asılılığı olan insanlardır. Hazırda əlavə açıqlama verilməsilə azyaşlını riskə ata bilərik”.

Hüquq müdafiəçisi dövlət orqanlarının mətbuat xidmətləri tərəfindən ən azı iki günə məlumat yayılacağını vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
17-07-2021, 17:05
Sikayət   


loading...
Загрузка...