Əmək Məcəlləsində YENİLİK - Müharibə veteranlarına güzəştlərlə bağlı dəyişikliklər hazırlanıb
Əmək Məcəlləsində müharibə veteranlarına müəyyən güzəştlərin edilməsi üçün bir sıra dəyişikliklər təklif edilib.
Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Facebook”da yayımlanan “Sosial saat”da deyib.
O bildirib ki, Məcəllədə veteranlar üçün bəzi imtiyazlar da nəzərdə tutulur:
“İşəgötürənlər ixtisar zamanı eyni peşə xüsusiyyətlərinə malik şəxslərin seçimi zamanı müharibə iştirakçılarına üstünlük verməlidir. Eyni zamanda ödənişsiz məzuniyyətin verilməli olduğu hallar da müəyyən edilib. Bilirik ki, əmək məzuniyyətindən istifadə növbəlilik prinsipi ilə olur. Lakin Əmək Məcəlləsinin 130-cu maddəsində müharibə veteranlarına məzuniyyətin verilməsinin növbədənkənar olması hüququ müəyyən edilib. “Veteranlar haqqında” qanunun 3-cü maddəsində “müharibə veteranı” anlayışı verilib. Həmin anlayışa əsasən, kimlər ki müharibə veteranı sayılır, bu güzəştlər onların hər birinə şamil ediləcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-02-2022, 16:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər