DOST mərkəzinə müraciət edən 15 mininci vətəndaşa hədiyyələr verilib
DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 15 mininci vətəndaş müraciəti qeydə alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Sabah”a daxil olan məlumata görə, müraciəti paytaxtın Səbail rayon sakini 30 yaşlı Nigar Mirzəcanova edib. Vətəndaş sağlamlıq imkanları məhdud uşağına 18 yaşınadək qulluğa görə ona Prezident təqaüdünün təyin edilməsi ilə əlaqədar müraciət edib.
15000-ci müraciətin sahibi olan Nigar Mirzəcanovaya bu münasibətlə DOST mərkəzinin direktoru Seymur Alıyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyələr təqdim edilib.
9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 400-500 arası vətəndaş müraciəti qeydə alınır.
2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikamızın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-07-2019, 10:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-07-2019, 10:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti