reklam
Regionxeberlericom.az » Prezidentin ZƏFƏR ÇIXIŞI... - Hər kəsin çıxaracağı DƏRS VAR...

reklam

Prezidentin ZƏFƏR ÇIXIŞI... - Hər kəsin çıxaracağı DƏRS VAR...


Noyabrın 8-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada təşkil olunan tədbirdə iştirak etdilər. Dövlət başçısı daha sonra hərbçilər qarşısında çıxış etdi. Prezidentin çıxışı bir neçə baxımdan diqqət çəkir. Birincisi, Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqə qurdu və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır: "Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər?

Bu, riyakarlıqdır, bu, satqınlıqdır”. Aydın məsələdir ki, Prezident “müsəlman ölkələr” ifadələri ilə İrana da mesaj verir. İran 44 günlük Vətən müharibəsinin gedişində, eləcə də işğal dövründə müsəlman dövlətinə yaraşmayacaq şəkildə özünü apardı. Ermənistan tərəfi Qarabağda yüzillik, hətta minillik məscidləri dağıdıb donuz fermasına çevirərək islam dinini və islam ölkələrini təhqir etdiyi halda İran buna reaksiya vermədi. Əslində, bu hal belə özlüyündə İranın islam dininə münasibətinin sırf siyasi və imperialist maraqları kontekstində olduğunu göstərir. Digər yandan Prezidentin çıxışında diqqətçəkən məqam onun Rusiya sülhməramlıları ilə bağlı dedikləri oldu. Dövlət başçısı "Qarabağ bizim torpağımızdır, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər" dedi.

Bildirdi ki, 2020-ci ilin 10 noyabr bəyanatında onların müddəti göstərilir və əgər ermənilər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”. Ölkə başçısı bu sözləri ilə faktiki olaraq Ermənistana sülhməramlıların 5 ildən sonra çıxacağını və buna uyğun davranmağı tövsiyə edir. Digər tərəfdən sülhməramlıların 5 ildən sonra çıxarılacağının vurğulanması həm də Azərbaycanın “sülhməramlıların qalma müddətinin uzadılması üçün müraciət etməyəcəyini” göstərir. Prezident Zəngəzur dəhlizinin Ermənistanın öhdəliyi olduğunu bir daha vurğuladı.

Millət vəkili Ceyhun Məmmədov deyib ki, Ermənistan və havadarları Prezidentin çıxışından ciddi nəticə çıxarmalıdır. Deputat vurğulayıb ki, dövlət başçısı 8 noyabr – Zəfər Günü münasibətilə Şuşadakı çıxışında bir çox vacib məqamlara toxundu:

"Prezident şanlı zəfərə gedən yolda Azərbaycanın əldə etdiyi uğurlardan, həyata keçirilən uğurlu daxili və xarici siyasətdən geniş bəhs etdi. Qəhrəman Azərbaycan Ordusunun müharibədə böyük şücaət göstərdiyini, Azərbaycan xalqının vahid yumruq kimi birləşərək şanlı tarix yazdığını xüsusi vurğuladı. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin çıxışındakı fikirlər Ermənistana, bu ölkənin havadarlarına, Ermənistanın cinayət əməllərini, təxribatçı mövqeyini dəstəkləyən bütün dövlətlərə ciddi mesaj və xəbərdarlıqdır. Reallıq ondan ibarətdir ki, bu gün Ermənistan öz havadarlarına arxayın olaraq yenə də təxribatlar törədir. Əlbəttə, bunlar birmənalı olaraq qəbuledilməzdir. Ermənistan tez bir zamanda bütün təxribatlara son qoymalıdır. Ermənistan və havadarları bilməlidirlər ki, əgər təxribatlar davam etsə, bunun aqibəti Ermənistan üçün yaxşı olmayacaq. Azərbaycan heç zaman Ermənistanın təxribatlarına göz yummayacaq. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir".

Parlament üzvü bəyan edib ki, Prezidentin çıxışındakı digər bir mühüm məqam isə Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməkdən boyun qaçırmasıdır: "Bu gün Qarabağdakı ermənilər Ermənistana rahat şəkildə gedib-gələ bilirlər. Azərbaycan Laçın dəhlizinə alternativ yol çəkib. Əgər bu gün ermənilər Qarabağa rahat gedib-gəlirlərsə, deməli, azərbaycanlılar da Naxçıvan Muxtar Respublikasına rahat gedib gəlməlidirlər.

Ermənistan bunun üçün şərait yaratmalı, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməldir. Sözügedən razılaşmada açıq şəkildə bəyan olunub ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılacaq. Ancaq təəssüf ki, bu günə kimi bu məsələ həll olunmayıb. Ermənistan hərbçilərinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hələ də Qarabağda olduğunu görürük.

Prezident İlham Əliyev çıxışında həmçinin, Ermənistanla sıx əməkdaşlıq və İrəvana himayədarlıq edən müsəlman dövlətlərinə, xüsusilə də İrana aydın mesaj ünvanladı. Müsəlman ölkələrin rəhbərləri nəzərə almalıdırlar ki, Ermənistan Azərbaycana qarşı çox sayda vəhşiliklər törədib, ermənilər vaxtilə işğal altında saxladıqları ərazilərdə məscidləri dağıdıblar, islam mədəniyyətinin bir hissəsi olan dini abidələrimizi məhv ediblər, talayıblar. Müsəlman ölkəsi başçısının belə bir əməllər törədən Ermənistanın rəhbərini qucaqlaması, onunla öpüşməsi qəbuledilməzdir. Özünü müsəlman hesab edən bir dövlətin lideri bu addımı atmamalıdır.

Sonda vurğulamaq lazımdır ki, Ermənistan və onun havadarları Azərbaycan Prezidentinin Şuşadan etdiyi xəbərdarlıqlardan ciddi nəticə çıxarmalı, Zəngəzur dəhlizi mütləq açılmalı, sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Bunu həm Ermənistan, həm də Ermənistanın havadarları ciddi şəkildə nəzərə almalıdır".




Paylaş:


Müəllif : Tarix:
11-11-2022, 09:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər