reklam
Regionxeberlericom.az » “Netanyahu səfirliyimizdə qətlə yetirilən şəhidimizin qisasını alır” - Deputat

reklam

“Netanyahu səfirliyimizdə qətlə yetirilən şəhidimizin qisasını alır” - Deputat

















“Gərək İsraildən xahiş edək ki, Təbrizi vurmasın! Bizə Təbriz abad şəkildə lazım olacaq”.

Bu sözləri özünün feysbuk səhifəsində Milli Məclisin deputatı Fazil Mustafa yazıb.

“Unutmayaq ki, Netanyahu (Benyamin Netanyahu – İsrailin Baş naziri) həm də dolayı yolla Xameneinin (Əli Xamanei - İranın ikinci və hazırkı Ali Rəhbəri) sifarişi ilə səfirliyimizdə qətlə yetirilən şəhidimizin qisasını alır. Bir də bu qurumsaqlar (namussusz, qeyrətsiz) arvadlarını bizim səfirlikdə axtarmazlar!”, - deyə F. Mustafa bildirib.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri İranın paytaxtı Tehran başda olmaqla Rəşt, Təbriz, İsfahan, Xoy, Həmədan, Kərəc, Azərşəhr və digər şəhərlərindən partlayışların və yanğınların əks olunduğu kadrlar paylaşıblar.

Görüntülərdə hava hücumunda müdafiə sistemlərinin, hava həyəcanı siqnallarının, həmçinin partlayışların səsləri eşidilir.

İddialara görə, İsrail tərəfindən İrana qarşı kamikadze dron hücumları həyata keçirilir.

Həmçinin İran Müdafiə Nazirliyi ona məxsus zavoda hücum olması barədə məlumatı təsdiqləyib.


 




Paylaş:


Müəllif : Tarix:
29-01-2023, 13:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər