reklam
Regionxeberlericom.az » Nurlan Librenin mülki geyimli şəxslər tərəfindən oğurlandığı deyilir

reklam

Nurlan Librenin mülki geyimli şəxslər tərəfindən oğurlandığı deyilir


















İctimai fəal, jurnalist Nurlan Qəhrəmanlının (Libre) saxlanıldığı bildirilir.

Bu barədə sosial şəbəkələrdə onun yaxınları məlumat yayıblar.

Həyat yoldaşı Əsli Qəhrəmanlı bildirib ki, N. Qəhrəmanlı evdən mülki geyimli şəxslər tərəfindən oğurlanaraq aparılıb:

“Elşad Hacıyev (Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi) sərbəst buraxıldığını desə də bir saatdan çoxdur ki, xəbər ala bilmirəm. Elşad bəyin “sərbəst buraxılıb” dediyi neçə şəxsin xəbəri sutkalıqdan gəlib deyə bu sözə inanacaq deyiləm”.

N. Qəhrəmanlının özü də bir müddət əvvəl sosial şəbəkə hesabında Baş Prokurorluqda olduğunu bildirib.

Jurnalist Fərid İsmayılov isə onun qadağan olunmuş informasiyanı yaymaqda ittiham olunduğunu bildirib. O bildirib ki, N. Qəhrəmanlı hazırda binəqədidə yerləşən Baş Prokrorluğun istintaq idarəsindədir:

“Məhkəməyə çıxarılır. Vəkili yanında yoxdur”.

Məsələ ilə bağlı DİN-in və Baş Prokurorluğun aidiyyəti şöbələrindən məlumat almaq mümkün olamyıb.




Paylaş:


Müəllif : Tarix:
21-09-2023, 14:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər