YAS MƏCLİSLƏRİNİ BİZNESƏ ÇEVİRƏNLƏR KİMLƏRDİR? – SOSİOLOQ AÇIQLADI
Yas mərasimlərindəki israfçılıq, mərasim evlərindəki qiymət fərqi hər zaman aktual müzakirə mövzusu olub. Göstərişdən uzaq, sadə keçirilməli olan yas mərasimləri əksinə, baha başa gəlir. Təəssüf ki, artıq buna da biznes, qazanc mənbəyi kimi baxılır.
Məsələ ilə bağlı Tribunainfo.az-a danışan sosioloq Lalə Mehralının sözlərinə görə, yas mərasimi çoxdan yas olmaqdan uzaqlaşıb:
“Doğrudur, müəyyən qədər qarşısını aldılar, daha əvvəlki ifrat dəbdəbə yoxdur, amma yenə də bəzi yerlərdə o israfçılıq davam edir. Əzizini itirmiş insanlar bilmirlər ki, nə etsinlər. İnsanlar yasa sanki ölü yiyəsinə təsəlli vermək üçün deyil, yemək üçün gəlirlər. Cənazəsini yarım saat əvvəl torpağa verən ev sahibi onu unudub qonaqların yeməyinin hayına qalmalı olur”.
Sosioloq hesab edir ki, yası da biznesə çevirdilər:
“Restoranlarda nəinki xeyir, həm də şər-yas mərasimləri üçün xüsusi zallar ayrılıb. Məqsəd də əlbəttə ki, insanların cibinə girərək pul qazanmaqdır. Restoranlardan başqa, belə məclislər üçün qurulan çadırlar da çox bər-bəzəklidir. Artıq çadırlarda insanlar üçün hər bir xidmət yaradılıb. Bu cür çadırların içində hətta ayaqyolu olanları da var.
İndi də var, kənd yerində kiminsə yaxını öləndə yası olan şəxs sadəcə çadıra görə pul ödəyirdi. Qalan bütün işləri özü gördüyü üçün heç bir əlavə vəsait xərcləmirdi. Digər işlərdə ev sahibinin yaxınları ona kömək edirdi. Amma indi vəziyyət dəyişdiyi üçün hər kəs bu cür xidmətlərdən yararlanmağa üstünlük verir. Ofisiantından tutmuş qab-qaşıqların yuyulmasına qədər bütün xidmətlər yas paketində təklif olunur. İnsanlıq o qədər don dəyişdirib ki, cənazəni əzizləri yox mərsiyəxanlar ağlayır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-11-2023, 10:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər