reklam
Regionxeberlericom.az » İmişli "voyenkom"-u qanunları heçə sayır - Praktiki kor olan uşağı əskər göndərib İDDİA/SƏNƏDLƏR

reklam

İmişli "voyenkom"-u qanunları heçə sayır - Praktiki kor olan uşağı əskər göndərib İDDİA/SƏNƏDLƏR




















İmişli şəhəri, Məhəmməd Əsədov küçəsinin sakini Mikayılova Südabə Allahyar qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, nəvəsinin bir gözünün görmə qabiliyyəti 60 faiz, digər gözünün görmə qabiliyyəti 8 faiz olsa da, İmişli Komissarlığı tərəfindən hərbi xidmətə göndərilib:

“Yazaraq xahiş edirəm ki, müraciətimizi müvafiq orqanlara çatdırasınız.

Çox çarəsiz vəiyyətdəyik. Belə ki, nəvəm artıq 10 aydır Xudatda əsgərlikdədir. Gözlərində ciddi problemləri var, görmə qabiliyyəti olduqca zəifdir.

2016-cı ildən Zərifə Əliyev adına xəstəxanada qeydiyyatdadır. İllərlə apardığımız müalicələrin heç bir köməkliyi olmayıb. Xəstəxananın bizə verdiyi rəyi hərbi komissarlığa təqdim etsək də, qərəzli şəkildə uşağı əsgərliyə apardılar.

Maraqlanıb araşdırsalar, öyrənərlər ki, uşaq orda əsgərlik çəkmir, yəni gözü görmür deyə komandirləri ona tapşırıq vermirlər.

Mən onu deyə bilərəm ki, mənim nəvəmi hansısa pullu adamın uşağının yerinə göndəriblər. 10 aydır gözü görməyən uşaq hərbi xidmətdə saxlanılır və kimlərinsə sağlam uşaqları İmişli Komissarlığının əli ilə xəstə kimi göstərilir.

Bird aha qeyd edirik ki, uşaq hərbi hissədə əsgərlik çəkmir, yarasızdır. Bunu sübut da edə bilərik. Sadəcə uşağı tərxis etmirlər ki, sayı düz olsun.

Hər yerə müraciət etmişik, heç bir xeyri yoxdur. Uşaqda tək gözü ilə bağlı yox, ümumiyyətlə səhhətində çox ciddi problemləri var, sarılıq, “Hepotit A” və s. xəstəliklər keçirib. İstəyimiz haqq-ədalətin öz yerini tapmasıdır”.





Paylaş:


Müəllif : Tarix:
6-02-2024, 11:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər