“Albert Gəncinski”ni necə öldürmək istəyiblər? – Sui-qəsdin təşkilatçısına hökm oxundu
Sankt-Peterburqun Moskva Rayon Məhkəməsi “qanuni oğru” Əli Heydərova (“Albert Gəncinski”) sui-qəsd təşkil edən Gürcüstan vətəndaşı İlham Hacıyevə hökm oxuyub. İlham Hacıyevi 8 il 6 ay azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müsəssisəsində çəkməli olacaq.
İstintaq materiallarına görə, İlham Hacıyev 2014-cü ildə naməlum sifarişçinin göstərişi ilə Naberejnıy Çelnı vilayətində yaşayan Aleksey Şparuta və Ruslan Koryagin adlı şəxslərlə görüşərək onlarla Əli Heydərovu qətlə yetirmək barədə razılığa gəlib. 2014-cü ilin martında İlham Hacıyev Ruslan Koryaginə “Kalaşnikov” avtomatı və iki tapança verib. Aleksey Şparutaya isə maşın və parik almaq, həmçinin mənzil kirayələmək üçün 550 min rubl ödəyib. Killerlər Əli Heydərov barədə məlumatlandırılıb. Lakin “qanuni oğru”ya qarşı sui-qəsd baş tutmayıb. Ruslan Koryagin və Aleksey Şparuta 2014-cü ilin martın 17-də Əli Heydərovun evinə basqın etmək istəyərkən həbs ediliblər. 2016-cı ildə Ruslan Koryagin 5 il 6 ay, Aleksey Şparuta 6 il azadlıqdan məhrum ediliblər.
Bəzi iddialara görə, İlham Hacıyev “qanuni oğru” Nadir Səlifovun (“Quli”) yaxın adamıdır. Bu səbədən Əli Heydərova qarşı baş tutmamış sui-qəsddə onun da adı hallandırılır. Burada adıçəkilən “qanuni oğru”lar arasında konfliktin olması da rol oynayır. Nadir Səlifovla Əli Heydərovun hansı səbəbdən münaqişədə olduqları bəlli deyil. Bəzi iddialara görə, münaqişənin səbəbi Nadir Səlifovun Əli Heydərovu “qanuni oğru” statusundan məhrum etməsilə bağlıdır. Əli Heydərovun kriminal dünyanın nüfuzli “qanuni oğru”larından olan mərhum Rövşən Canıyevlə (“Rövşən Lənkəranski”) də münasibətləri ürəkaçan olmayıb.
Məlumat üçün deyək ki, Əli Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Gəncinski”, “Albert Arxangelsk” və “Albert Rıjıy” ləqəbləri ilə məşhurlaşan Əli Heydərov 2012-ci ildə Sankt-Peterburqda taclandırılıb. Ona “oğru dünyası”nın ali titulunu “qanuni oğru”lar Merab Mzarelua və Kardava qardaşları verib. Əli Heydərov mərhum “qanuni oğru” Aslan Usoyanın (“Ded Xasan”) klanını təmsil edib. O, Rusiyanın Şimal-Qərb regionu üzrə “vəziyyətə”(“polojeniya”) nəzarət edib.
Əli Heydərov ona qarşı planlaşdırılan lakin baş tutmayan sui-qəsddən sonra Sankt-Peterburqun Frunze Rayon Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-09-2019, 14:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-09-2019, 14:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25