“Stolun üstündəki nəlbəkini atmağım...” – Fuad Qəhrəmanlı həmin davadan danışdı
AXCP sədrinin müavini postundan istefa vermiş Fuad Qəhrəmanlı ailəsində baş verən problemlərdən danışıb.
O, öz fikirlərini “Son söz əvəzi və ya cəmiyyətin vicdanına xitab” başlığı ilə təqdim edib.
Bildirib ki, son dəfə baş verənlərlə bağlı bəzi məsələlərə aydınlıq gətirib bu mövzunu qapadacaq.
“Yaşadıqlarımız sıradan bir olay deyil və ağır psixoloji sarsıntılar yükünün altından qalxmaq bəzən mümkünsüz görünür.
Belə bir vəziyyətdə mənə irad tutulur ki, niyə qızım Selcanın yazısına ilk reaksiya verərkən onun profilinin oğurlandığını demişəm? Selcanın bu məlum yazısını görəndə bir ata kimi şok oldum. Deyə gülə, ailəlikcə sevgi ilə xaricə yola saldığım Selcandan belə bir yazı gözləmədiyimdən və onunla heç cür əlaqə saxlaya bilmədiyimdən bu qənaətə gəldim ki, yəqin profili oğurlanıb.
Selcanın bu yazsına səbəb, onun Əli Kərimlinin qadın hüquqları ilə bağlı tədbirdə iştirakına dair bir statusun altında istehza xarakterli rəy yazmasına etiraz edib silməsini istəməyim olub. Bu rəyi sildikdən sonra, o mənim təkidimə məlum yazı ilə reaksiya verib.
Bu mövzuda yazanların bəziləri məqsədli şəkildə mənim " ujas" filmlərindəki kimi amansız, sümük qıranqana susamış obrazımı yaratmağa çalışırlar. Əslində, bu ifadənin meydana çıxmasına səbəb 5 il öncə mübahisə zamanı, stolun üstündəki nəlbəkini atmağım olub. Bu zaman tam təsadüfən nəlbəki balaca qızımın ayağına dəydi. Buna görə mən çox peşiman oldum və bu olaya görə çox üzüldüm. Ümumiyyətlə, nəinki döymək, heç vaxt övladlarıma çırtma da vurmamışam.
Mən vətən, din, milli mentalitet, feminizm kimi məsələlərə mühafizəkar yanaşsam da, heç zaman bu baxış fərqinə görə uşaqlara təzyiq etməmişəm və hər zaman da bu mövzularda evdə maraqlı diskusiyalarımız olub. Övladlarının düşüncə azadlığına hörmətlə baxan, onların erkən ictimai fəaliyyətinə xoşgörü ilə yanaşan, xaricdə təhsil alması üçün ağır yükün altına girən bir atanı irticaçı kimi göstərib, linc etməyə çalışanlar buyurub göstərsinlər görək hansı biri uşaqlarının haqqına mənim qədər sayğı duyub, azadlıq verib.
Digər bir tərəfdən mən bildirmişəm ki, Selcanın məlum yazısına baxmayaraq, mənim övladlarıma münasibətim dəyisməz olaraq qalacaq. Ancaq nə baş verir, bir dəstə adam sanki Bastiliyanı alırmış kimi dur demədən üstümə hücum çəkməklə məşğuldur. Niyə ata ilə övlad arasındakı bir anlaşmazlığı belə şövqlə dərinləşdirir, ölkənin əsas problemi kimi təqdim etməyə çalışırsınız. Selcanamı acıyırsınız?
Qətiyyən, o zaman cavab verin, niyə ötən il qəbul olunduğu ali məktəbə getməyə pul tapa bilməyəndə, atası siyasi məhbus olan imkansız bir uşağın təhsil almasına indiki kimi yardım etmirdiniz? Niyə belə bir intellektli qız üçün kecrilən yardım kampaniyasına ən azı çağırışlar yazaraq dəstək olmadınız. Selcan sizlərin etinasızlığı üzündən ortada tək qaldı. Ancaq bu gün olduğu kimi sabah da onun qayğılarında, problemlərinin həllində yanında olacaq atası ilə arasına girərək həm də ona qarşı pislik etdiyinizin fərqində deyilsinizm? Sizi Selcanın taleyi yox, mənə, mənsub olduğum təşkilata, onun liderinə qarşı kin küdurət birləşdirir və hərəkətə gətirir.
Kimlərdir Selcan mövzusuna cuman bu "gerilla savaşçıları"? Mənim iqtidarı kəskin tənqidlərimə görə qisas almaq üçün fürsət gözləyən iqtidar mediası, müxalifətdə olub müxalifətçilik edə bilməyə cəsarəti çatmayanlar və buna görə də mübarizə aparanlar qarşısında aşağılıq kompleksi duyanlar və feminist, anarxist, neoliberal, kosmopolit düşüncə ilə milli kimliyimizə qarşı asilik edən, savaş açanlar. Bir də bu kütləvi psixoza uyub, zorakılığı pisləməklə özünü cəmiyyətə mütərəqqi, müasir kimi təqdim etməyə calışan ancaq içi Məmmədhəsən olanlar.
Bir çoxlarının kimliyi aydındır, ancaq xüsusilə özünü libertian,feminist, anarxist, kosmopolit sayan bir para adi gəncin səhifələrinə girin baxın, bu gün kişi qadın demədən hamının haqqını pozan, Nardaranda, Gəncədə, Tərtərdə dəhşətli zorakılıq edib anaları, qız uşaqlarını gözüyaşlı buraxan hakimiyyətin bu qəddarlığına bir kəlmə tənqid görə bilməzsiniz. Harada qaldı bəs sizin o idealizminiz, niyə uşaq, qadın demədən zorbalıq edən bu hakimiyyətin əməllərinə etiraz etmirsiniz?
Yoxsa Selcan onlardan dahamı dəyərli oldu sizə? Utanın bu yaşda belə riyakarlıq edirsinizsə, sizin gələcəyiniz necə olacaq? Bu gün linc edib məhv etmək istədiyiniz Fuad Qəhrəmanlının istefası sizə nə qazandırdı? Məgər mən Prezidentliyə namizədəm ki, apracağım siyasətə görə bu qədər narahatsınız? Mənim partiyada boşalan yerimdə nə oturmağa kabinet, nə də ki, vəzifə imtiyazları var. Orada ancaq həbs olunmaq riski, daim təqib edilmək, hər an rejimin qəzəbinə gəlmək təhlükəsi var. Sizinləyəm, hansı birinizin cəsarəti çatar gəlib mənim boşalmış yerimdə durmağa, iqtidarın düsməncəsinə davrandığı Əli Kərimlinin silahdaşı olmağa? Susursunuz, çünki mənim kimi bütün həyatını , gəncliyini, hüquq tanımayan zorakı bir rejimlə mücadiləyə sərf etməyə, illərini həbsxanalarda əzab içərisində keçirməyə hazır deyilsiniz. O zaman, niyə həm də sizin libertian, feminist, kosmopolit baxışlarınızı sabah daha azad şəkildə ifadə edə biləcəyiniz, hətta azadlığınızı genişləndirib xoşlamadığınız hakimiyyəti də tənqid edə biləcəyiniz bir cəmiyyət qurmaq istəyənlərə qarşı bu qədər kinlə dolmusunuz?
Bizi milli, mühafizəkar hesab etdiyinizə görədirsə bu kininiz, dayanın biraz rasional olun. Ən azı sizli-bizli hər birimizi insan kimi əzən bu rejimdən qurtulmaq üçün cəbhəçilərin fədakar mübarizəsinin həm də gələcəkdə sizlərə daha firavan həyat, söz azadlığı verəcəyini düşünüb biraz nəfəsinizi dərin. Bizdən xoşunuz gəlib- gəlməməyinizdən aslı olmayaraq, quracağımız demokratik dövlətdə sizlər azadlıqdan hamıdan daha çox bəhrələnəcəksiniz.
Bu yazını ona görə yazdım ki, düşməncəsinə ritorika seçərək, ağır sarsıntılar keçirən insanları asanlıqla linç edərək və ictimai məsuliyyət hissini unudaraq bir yerə vara bilmərik, əksinə, bir birimizə güvən verərək, mənəvi dayaq durmaqla toplum olaraq problemlərimizi təmkin və xoşgörü ilə çözməyə çalısaq.
Bir də insan taleyinə bu cür acımasızcasına yanaşan hər kəs Allahı xatırlasın və irəlidə Rəbbimin ona nə yaşadacağından qorxsun”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-09-2019, 12:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-09-2019, 12:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29