“Mənim də göbəyiaçıq tələbələrim olub” - “Universitetimizin əskisi tüstülüdür”
“Gülşad Baxşiyeva gərək məsələni bu cür ictimailəşdirməyəydi, çünki ayıbdır. Onun bu tərzdə mövzudan danışmağı mənim də xətrimə dəydi...”
Bu sözləri Yenisabaha Xalq artisti Əli Nur deyib. O, Əməkdar artist Gülşad Baxşiyevanın dərs dediyi universitetə açıq-saçıq geyimdə gələn tələbə qızlarla bağlı gileyinə münasibət bildirib:
“Mən 30 ildən çox Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışmışam, oranın dosentiyəm. Ora elə bir institutdur ki, orada aktyor sənəti, səhnə danışığı, rəqs ön plandadır. Bu dərslərə idman geyimi və rəqs baletkaları ilə girmək lazımdır. Universitetin tələbi belədir. Mən müəllim olduğum zaman tələbələrə oturmağa icazə vermirdim, onlar hamısı geyimlərini geyinib praktik məşqlər edirdilər.
Həmin dövrdə də şıltaq, dünyaya baxışı Avropasayağı olan qızlar var idi. Onlar dərsə yarıçılpaq gəlirdilər, göbəyi açıq, sinələri açıq, mini şortiklə dərsə gəlirdilər. Mən də onları dərsə buraxmırdım, deyirdim ki, gedin dekanın, prorektorun yanına, hətta bəzilərini rektorun yanına göndərdiyim də olub. Bu, dərs prosesində olan şeylərdir.
Biz Stalin dövrünə qayıtmırıq, yaxud İrandakı kimi qara çadrada gəzin demirik. Demirik ki, qızlar qara çadrada, qara qarğa kimi auditoriyaya gəlsin. Bu düzgün deyil, biz dünyəvi dövlətik. Dünya belə tələb edir, ona görə, həmin gəncləri də qınamaq lazım deyil. Onlar internetdə Avropaya, oradakı gənclərə baxırlar, ona da uyğunlaşırlar. Burada problem yoxdur”.
Ə.Nur bildirib ki, aktrisa iradlarında haqlıdır:
“Gülşad Baxşiyeva özü də mənim tələbəm olub. İradlarının bəzilərində haqlıdır, dərsin özünün geyim qanunları var. Gənclər küçədə, dostları ilə görüşəndə istədiyi kimi geyinə bilər, amma universitetin özünün geyim qanunu var. Amma Gülşad Baxşiyeva gərək bu məsələni bu cür ictimailəşdirməyəydi, çünki ayıbdır. Onun bu tərzdə mövzunu ictimailəşdirməyi mənim də xətrimə dəydi, amma bu faktdır. Onun iradları ilə razıyam, tələbə gərək universitetin geyim qaydalarına əməl etsin. Ələlxüsus da İncəsənət Universitetinin tələbələri, çünki bu universitetin adı bədnam çıxıb, əskisi tüstülüdür. Çox adam düşünür ki, İncəsənətdə oxuyan qızlar belə olur, onlar açıq-saçıq geyinirlər. Bunlar hamısı şayiədir. Gülşad xanımın iradlarını qəbul edirəm, özüm dəfələrlə auditoriyadan qızları çıxarmışam, sonra dekan gəlib ki, qoy bu dəfə dərsdə otursun, sabahdan etməz.
Sadəcə Gülşad xanım fikirlərini başqa cür ifadə edə bilərdi. O dedi ki, “oğlan qızın ağ baldırına baxır” “qızın budlarında fikri qalır” və s. Bu cür sözləri deməyə ehtiyac yox idi. Yarıçılpaq gələn qızların ayağı da, sinəsi də, baldırı da gözəldir, amma onları auditoriyada örtmək lazımdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-06-2024, 17:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər