reklam
Regionxeberlericom.az » Araşdırma » Naxçıvana atəş açmağa bu erməni general göstəriş verib - FOTO

reklam

Naxçıvana atəş açmağa bu erməni general göstəriş verib - FOTO
















Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırmağı təklif edib. Bunu Paşinyan son günlər Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistan tərəfindən atəşkəs rejimini pozması ilə bağlı yaydığı məlumatlara münasibət bildirərkən deyib. Paşinyanın sözlərinə görə, mövcud vəziyyət problemin həllini tələb edir. Baş nazirin sözlərinə görə, razılaşma olarsa, mexanizmi işə salmaq çətin deyil. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Paşinyanın bu bəyanatı heç bir məntiqə sığmır: 

“Ermənistan baş nazirinin atəşkəsin pozulmasına nəzarət hallarını araşdırması üçün ikitərəfli mexanizm formalaşdırılması barədə təklifi sağlam məntiqə sığmır. Azərbaycan tərəfinin əlində kifayət qədər sübutlar mövcuddur ki, atəşkəs birmənalı olaraq Ermənistan tərəfindən pozulur və bu barədə rəsmi məlumatlar Müdafiə Nazirliyi tərəfindən dərc olunur. Ermənistan tərəfi bu mexanizmləri yaratmaq haqqında təkliflər vermək əvəzinə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirən Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi fərari general Eduard Əsiryanın verdiyi bəyanatlara aydınlıq gətirsin. Nikol Paşinyan tərəfindən şəxsən vəzifəyə təyin olunan şəxslərin Azərbaycana qarşı ərazi iddiaları və güc tətbiqinə dair verdiyi açıqlamalar bir daha onu göstərir ki, Ermənistan müxalifəti ilə bərabər, Ermənistan iqtidarı da Azərbaycana qarşı olan fəaliyyətlərinə ara vermək niyyətində deyillər. Azərbaycana qarşı xüsusilə Naxçıvan istiqamətində atəşkəsin intensiv olaraq pozulması birmənalı şəkildə Ermənistan silahlı qüvvələrinin iştirakı və Eduard Əsiryanın göstərişi ilə həyata keçirilir”. 

















Ekspertin fikrincə, Ermənistan tərəfi belə hallarda daha adekvat və qətiyyətli mövqe ortaya qoymalıdır: 

“Paşinyan bu təklifi Azərbaycan tərəfinin atəşkəs pozuntularına qarşı həyata keçirə biləcəyi adekvat və səmərəli tədbirlərin qarşısını almağa hesablanıb. Bir sözlə desək, Paşinyan Azərbaycan Ordusunun cavab tədbirlərindən dərin narahatlıq keçirir. Bunun qarşısını almaq üçün isə bəyanatlar keçərli deyil. Azərbaycan tərəfi baş verən proseslərə Ermənistan hakimiyyətinin adekvat fəaliyyətini gözləyir. Biz artıq bu barədə çox sayıda bəyanatlar eşitmişik. Bu bəyanatların heç biri əməliyyatlar zonasındakı vəziyyətə kordinal şəkildə təsir etməyib. Ermənistan isə bu günə qədər başına gələn bəlalardan heç bir nəticə çıxarmayıb. Bu isə sonda Ermənistanın başına böyük fəlakətlər gətirə bilər”. 





Paylaş:


Müəllif : Tarix:
17-06-2024, 21:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər