reklam
Regionxeberlericom.az » Araşdırma » Hansı məhsullar xərçəng riskini azaldır?

reklam

Hansı məhsullar xərçəng riskini azaldır?


















Amerikalı onkoloq Nikol Endryus yağsız ət, quş əti, yumurta, süd məhsulları, qoz-fındıq, günəbaxan tumu və soyanın xərçəng riskini azaltmağa qadir olduğunu qeyd edib.

Bu barədə “Healthnews” məlumat yayıb.

Həkim bildirib ki, qırmızı və işlənmiş ətin (kolbasa, sosiska və s.) həddindən artıq istehlakı xərçəng ehtimalını xeyli artırır.

O qeyd edib ki, bununla belə, bu məhsullardan tamamilə imtina etmək lazım deyil. Onkoloq onların istehlakını həftədə 18 unsiya (təxminən 510 qram) ilə məhdudlaşdırmağı tövsiyə edir. Endryus qırmızı ət, burger, sosiska və vetçina əvəzinə, yağsız toyuq, hinduşka, balıq, yumurta və dəniz məhsulları seçməyi tövsiyə edir.

O bildirir ki, lazımi miqdarda protein əldə etmək üçün kokteyllərə protein tozu əlavə etmək olar.

Nikol Endryus bildirir ki, qidalanma zamanı bitki zülalını unutmaq olmaz:

“Qoz-fındıq, toxum, lobya, tofu və soya bəzi xərçəng növlərinin riskini azalda bilər. Onlar həzmi yaxşılaşdıran və orqanizmdə sistemli iltihabın qarşısını alan (iltihab bir çox xəstəliklərin səbəbidir) lif, sağlam pəhriz lifləri ilə zəngindir”.

Onkoloq bildirib ki, süd məhsulları, xüsusən də kəsmik və az yağlı pendirdə kolon xərçəngi riskini azaldan kalsium var.




Paylaş:


Müəllif : Tarix:
19-06-2024, 20:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər