Narkoloji Mərkəzin baş direktoru müalicə müəssisəsinə köçürülüb
Respublika Narkoloji Mərkəzinin korrupsiyaya görə həbs edilən baş direktoru Elşən Mustafayev və direktor müavini Zamin Əliyevin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əvvəlcə həkimlərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri həkim müvəkkilləri haqda seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər.
Elşən Mustafayevin vəkili vəsatətini əsaslandırarkən deyib ki, müvəkkili xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən bir müddət əvvəl təcridxanadan müalicə müəssisəsinə köçürülüb. Hazırda da orada müalicə edilir. Vəkil Mustafayevin xəstəliyini və bəlli yaşayış yerinin olmasını nəzərə alaraq vəsatətin təmin edilməsini xahiş edib.
Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə heyəti həbslə bağlı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların aradan qalxmadığını əsas gətirərək vəsatəti rədd edib.
Baxış iclası iyulun 4-nə təyin edilib.
Qeyd edək ki, E.Mustafayev və Z.Əliyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar. Həkimlər külli miqdarda rüşvət almaqda ittiham edilirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-06-2024, 11:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər