reklam
Regionxeberlericom.az » Araşdırma » Toylarda zəhərlənmələr əsasən paytaxt salatından olur - AÇIQLAMA

reklam

Toylarda zəhərlənmələr əsasən paytaxt salatından olur - AÇIQLAMA
















Yay mövsümü başladıqdan sonra bəzi toy məclislərində zəhərlənmə halları qeydə alınıb. 

Kulinar Bəhruz Qəlbinurun sözlərinə görə, zəhərlənmələr ən çox toyuq məhsullarında olur: 

"Soyuq qəlyanaltıları öncədən hazırlayıb streçləyirlər, bu zaman havasızlıq olduğundan məhsullar tez turşuyur. Paytaxt salatının tərkibində toyuq əti olduğu üçün daha çox zəhərlənməyə rast gəlinir". 

İnfeksionist Namiq Nəbiyev isə vurğulayıb ki, müəyyən qidalar günün altında qaldıqda, soyuducuda saxlanılmadığı halda da zəhərlənmə baş verə bilər: 

"Kabab çəkib saatlarla günün altında saxlamaq da buna nümunədir. Bu cür zəhərlənmələr daha çox isti havalarda baş verir, lakin normalda hər bir ərzaqın xüsusi saxlanma şəraiti olmalıdır".  Dərmanlar

Restoran administratoru Asəf Həmidovun sözlərinə görə, mayonez tərkibli salatlar yay mövsümündə azaldılır. Yeməklər isə, toydan bir neçə saat öncə süfrəyə təqdim olunur. 

Toyda zəhərlənmə hadisələri isə daha çox rayonlarda yaşanır. Toy sahibləri şadlıq evlərini icarəyə götürərək yeməkləri evdə hazırlayırlar. 

Xatırladaq ki, iyunun 6-da Ağstafada şadlıq saraylarından birində keçirilən toy mərasimində kütləvi zəhərlənmə olmuşdu. Axşam saat 19:07-dən başlayaraq zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdi. 

Məsələ ilə bağlı ARB-də yayımlanan "Günə doğru" verilişi süjet hazırlayıb. 

Ətraflı videoda: 




Paylaş:


Müəllif : Tarix:
27-06-2024, 09:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər