reklam
Regionxeberlericom.az » Araşdırma » MDB-də hansı ölkə daha çox süd istehsal edir? – Siyahı

reklam

MDB-də hansı ölkə daha çox süd istehsal edir? – Siyahı


















Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda süd istehsalı ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 0,6% artaraq 701,9 min tona çatıb.

Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsi tərəfindən açıqlanan statistik məlumatlarda xəbər verilir ki, hesabat dövrü ərzində süd istehsalında ən yüksək artım Belarusda olub – 8,2%. Bu ölkədə ilin ilk 4 ayında 2 milyon 865 min ton süd istehsal olunub.

Süd istehsalı MDB ölkələri arasında yalnız Moldova və Ermənistanda azalıb – müvafiq olaraq 0,2% və 3,5%.

Bu ilin ilk 4 ayında MDB ölkələrində süd istehsalı aşağıdakı kimi olub:

Belarus – 2 865 min ton (8,2% artım)

Tacikistan – 272,5 min ton (5,6% artım)

Qazaxıstan – 1 432 min ton (3,5 artım)

Özbəkistan – 1 986,9 min ton (3,3% artım)

Qırğızıstan – 431 min ton (2% artım)

Rusiya – 10 321,4 min ton (1,9% artım)

Azərbaycan – 701,9 min ton (0,6% artım)

Moldova – 51,6 min ton (0,2% azalma)

Ermənistan – 123,1 min ton (3,5% azalma)






Paylaş:


Müəllif : Tarix:
9-07-2024, 15:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər