Xalq artistinin qızının kirayədə qalmağa pulu yoxdur: “Ev yiyəsi dedi ki, otağı boşalt, borclarım çoxdur”-FOTO+ÖZƏL
“Hər kəsin tanıdığı Eldəniz Zeynalov sənətkarlığından da əlavə, çox gözəl ata və ailə başçısı idi. Təbii ki, qız övladı üçün ən önəmli atadır. Atasız qız üçün çox çətindir. Mən Atamı 21 yaşımda itirmişəm və hələ də onun yoxluğuna inanmaq istəmirəm. Atasız qalmağım mənə çox pis təsir edir. Atamı itirəndən sonra çox duyğusal, kövrək, qəlbi yaralı insan olmuşam. Hətta elə məqamlar da olur ki, hələ də onun adı haradasa çəkiləndə mən çox kövrəlib ağlayıram, çünki mənim atam çox ciddi, fədakar, ailəsinə, övladlarına bağlı biri idi” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Eldəniz Zeynalovun qızı Gülbəniz Eldəniz qızı Zeynalova deyib. O daha sonra əlavə edib.
“Eldəniz Zeynalovun adı çəkiləndə insanların üzündə təbəssüm yaranır. Atam bildiyiniz kimi yumoristik aktyor olub. Evdə isə tam əksi, ailəsinə qarşı çox ciddi və aşırı dərəcədə qısqanc idi. Eldəniz Zeynalovun qızı olmaq insandan mən deyərdim ki, böyük məsuliyyət tələb edir. Çünki elə bir atanın, elə bir şəxsiyyətin qızı hər addımda onun adını qoruyub saxlamalıdır. Artıq 23 ildir ki, atamız dünyasını dəyişib və çox Şükürlər olsun bu günə kimi mən və qardaşlarım onun adını hər zaman uca tutmuşuq. Mənə atam haqqında danışmaq çox çətindir, onunla bağlı xatirələrim çoxdur, hər zaman qəlbimizdə, yaddaşlarda, hafizəmdə qalacaq. Atam məni hamıdan çox istəyirdi, çunki ən balaca uşağı mən idim. Hər axşam atam işdən, tamaşalardan və ya çəkilişlərdən evə qayıdanda mən qapını açıb onu öpməsəydim o yatmazdı. Hələ də gözüm qapıdadır.. O günü gözləyirəm ki, atam qapıdan içəri girib deyəcək qızım hanı gəlsin papanı (moç) eləsin.. (kövrəlir). Maç eləsin deməzdi, moç eləsin deyirdi, öz bakılı ləhcəsində.. O sözü üçün çox darıxıram, ata sığalına çox ehtiyacım var. Atam dünyasını dəyişdikdən sonra mənim üçün həyat söndü, dünyam qaraldı. 21 yaşında mən böyüdüm sanki, həyatı dərk eləməyə başladım ki, həyat fanidir, sonra Rəhimə Anamı itirdim, arxasınca da cavan, yaraşıqlı, istedadlı aktyor olan Məmməd qardaşım dünyasını dəyişdi və anladım ki, bu sondur, artıq mənim üçün həyat yoxdur...Düşündüm ki, mən atasız, anasız, qardaşsız ailə belə quran deyiləm, çünki atamın və anamın ən böyük arzuları məni gəlinlik paltarında görmək idi, o da onlara qismət olmadı, övladlarının toyunu görə bilmədilər. Mən də söz verdiyim kimi ailə qurmadım, gəlinlik geyinmədim. Bəzən mənə sual verirlər niyə bəs belə?! Cavab verirəm o toyda ki, mənim atam, anam qardaşım olmayacaq, istəmirəm mən o toyu. Mən atama çox bağlı idim, xasiyyətimizdə eynidir. Atasız çox sıxıntılar içində yaşayıram. Atam bilsəydi nə vaxtsa əlinin içində böyütdüyü, çox sevdiyi sonbeşiyi, qız övladı belə əziyyət içində, evsiz, sürünərək yaşayacaq, bəlkə də ən sevdiyi aktyorluq sənətini seçməzdi. Çünki o elə ata idi ki, yalnız övladlarının yaxşı yaşamaqları üçün gecəsini gündüzünə qatıb çalışırdı, həftələrlə qastrollarda olurdu ki, bizim heç nəyə ehtiyacımız olmasın. Anam papaya deyəndə ki, uşaqları bir işə düzəlt universiteti bitiriblər, qoy işləsinlər təcrübələri olsun, gələcək üçün işləmələri lazımdır. Atam deyirdi mən ölmüşəm ki, uşaqlarım işləsin?! Lazım deyil, olmaz! Mən fəxr edirəm hamıya əl tutan, cavanlara dəstək olan, xeyirxah, təvazökar Eldəniz Zeynalovun qızıyam. Hələ də gözüm qapıdadır, atamın yolunu gözləyirəm və son nəfəsimə kimi də yoxluğu ilə barışmayacam, tükənməyəcəm, yolunu gözləyəcəm” deyə sənətkarın qızı bildirib.
Xalq artistinin qızı çətin günlər yaşadığını da bildirib.
“Bizim ata evimiz Qış parkının yanında idi. Qəzalı vəziyyətdə idi. Həmin ev bu günlərdə uçuldu. Oranı qardaşımın xəstəliyinə görə satıb, müalicələrinə, əməliyyatına xərclədik. Heç-neçəyə satdıq. Artıq illərdir ki, kirayələrdəyəm. Hətta hazırda kirayə qalmağa da imkanım yoxdur. Ev yiyəsi pula görə məni evdən çıxarıb. Gündə bir rəfiqəmgildə gecələyirəm. Bu da nə vaxta qədər? 2 il bundan əvvəl Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edib, ev növbəsinə yazıldım. Çox istəyərdim ki, ailəmizə prezident təqaüdü ayrılsın. O vaxt bu mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edəndə nazir Əbülfəs Qarayev demişdi ki, sizdə aktyor yoxdur, sizə təqaüd düşmür. Mən kreditlər içərisində üzürəm.. Həm də qardaşımın ailəsinə baxıram. Qardaşım oğlu, atamın adını daşıyan Eldənizin də ayağında problemlər var. Gəlinimiz şəhid qızıdır. Onun da bir sıra xəstəlikləri var. Qara qəpiksiz qalmışam. Heç bir yerdən dəstək görmürəm. Atam dünyasını dəyişəndən bu günə qədər hələ bir insan qapını döyüb, bizə dəstək olmayıb. Sizin vasitənizlə aidiyyatı qurumlara müraciət edib, kömək istəyirəm. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində işləyirəm. 20 ildən çoxdur ki, orada çalışıram. Təkcə maaşa baxan insanam. Universitetin rektoru Ədalət Muradova təşəkkür edirəm ki, hər zaman yanımızda olub, ailəmizə, özümüzə dəstək göstərib” deyə sənətkarın qızı bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-07-2024, 12:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər