reklam
Regionxeberlericom.az » Araşdırma » Keçmiş deputatı kim ölüdürüb? – Polis açıqlama yaydı

reklam

Keçmiş deputatı kim ölüdürüb? – Polis açıqlama yaydı
















Ukrayna polisi Ali Radanın keçmiş deputatı İrina Farionun qətlində şübhəli bilinən şəxs haqqında məlumat yayıb.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, polisin saytında dərc olunan məlumata görə, onun təxminən 20 yaşı var.

Daha əvvəl bildirilmişdi ki, yerli sakinlər son iki həftədə Farionun yaşadığı evin yaxınlığındakı skamyada uzun müddət oturan şübhəli gənci tez-tez müşahidə ediblər.

"Sui-qəsd əvvəlcədən hazırlanmışdı və bu, kortəbii qətl deyildi. Onun cinayətə nə qədər vaxta hazırlaşdığını istintaq göstərəcək", - Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski baş verənləri pisləyib və deyib ki, bu hücumda günahkar olanların hamısı tam məsuliyyət daşımalıdır.

Ukraynanın ən tanınmış millətçi simalarından biri olan İrina Farion cümə günü axşam saatlarında öldürülüb.

Farion Rusiya, eləcə də Ukrayna ərazisində rus dilinin istifadəsinə qarşı sərt çıxışları ilə tanınırdı. Keçən il o, Ukrayna ordusunda döyüşən rusdilli əsgərlərin əsl ukraynalı olmadığını açıqlamasından sonra qalmaqalın mərkəzində olmuşdu.




Paylaş:


Müəllif : Tarix:
22-07-2024, 10:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər