reklam
Regionxeberlericom.az » Araşdırma » Ailəsinin imtina etdiyi kişi: "Övladlarımı görmək istəmirəm"

reklam

Ailəsinin imtina etdiyi kişi: "Övladlarımı görmək istəmirəm"



















Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında kimsəsiz Süleyman Cəlilov öz həyat hekayəsini danışıb.

İki aya yaxındır Həzi Aslanov ərazisindəki parklardan birində yaşayan kişinin sözlərinə görə, övladları körpə olarkən həbsə düşüb və daha sonra ailəsi ilə əlaqəsi kəsilib.

"23 il həbs həyatı yaşamışam. Dava, oğurluq, narkotik üstündə tutulmuşam. Sonuncu dəfə 2003-cü ildə narkotikə görə həbs olunmuşam", - deyə o söyləyib.

İki qızı olan Süleyman Cəlilov həbsxanadan çıxdıqdan sonra onları axtarmadığını deyib:

"Mən onlara atalıq etməmişəm. Ona görə də onlardan nəsə istəməyə haqqım yoxdur. Həbs müddətim bitdikdən sonra maşın ustasının köməkçisi, çoban işlədim. Butulka da yığıb satmışam".

Qeyd edək ki, qonşuların qida və geyimlə təmin etdiyi kimsəsiz kişi ilə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət edildikdən sonra o, müalicə olunması üçün Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Ətraflı süjetdə:




Paylaş:


Müəllif : Tarix:
25-07-2024, 22:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər