reklam
Regionxeberlericom.az » Araşdırma » Un bahalaşanda qiyməti qalxmışdı, un ucuzlaşdı... İNDİ NƏ OLACAQ? - Görünəni odur ki...

reklam

Un bahalaşanda qiyməti qalxmışdı, un ucuzlaşdı... İNDİ NƏ OLACAQ? - Görünəni odur ki...










Azərbaycanda un ucuzlaşıb. Ötən ayla müqayisədə hazırda unun topdansatış qiyməti enib.

“Xezerxeber.az”a xəbər verir ki, topdansatışla məşğul olanlar iyulun 18-dən etibarən istehsalçıların unun qiymətini 1 manatdan çox azaltdıqlarını bildirib.

Ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,8-28,5 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 28,3-29,5 manat təşkil edirdi.

Ekspert Əyyub Kərimli deyib ki, ölkədə unun qiymətinin azalması üçün bir sıra amillər mövcuddur.

Bəzi ekspertlər hesab edirlər ki, bir müddət əvvəl daşıma xərclərinin artması buğdanın qiymətinin enməsi hesabına kompensiyasiya edilə bilər.Yəni daşımaya görə ölkədə qiymət artımı baş verməməlidir.

İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, unun ucuzlaşması çörəyin qiymətinə təsir etməyəcək:

“Unun 1 manat ucuzlaşması çox azdır. 50 kiloqramlıq kisədə hər kiloqrama 2 qəpik ucuzlaşma düşür. Çörəkdə isə 40-45 faiz unun, qalan isə digər xərclərin payına düşür. Un və çörək istehsalçılarının qazancları artacaq. Əhəmiyyətli məhsul olduğuna görə dövlət bu məhsulların qiymətini diqqətdə saxlayır. Ancaq bu qanunla tənzimlənmir. Ümumiyyətlə ərzaqlıq buğdanın 75 faizi xaricdən idxal olunur. Ümumi buğda tələbatımızın 57-58 faizi isə yerli istehsaldır. Ancaq yerli istehsal ərzaqlıq buğdanın yalnız 25 faizini təşkil edir. Xaricdən gələn buğdanın qiyməti də dünya ƏMTƏƏ birjalarında müəyyən olunur. Buğdanın alış qiymətləri ucuzlaşdıqca un qiymətinə də öz təsirini göstərir”.




Paylaş:


Müəllif : Tarix:
26-07-2024, 09:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər