Qida maddələrinin ağacların böyümə və inkişafına təsiri
Azota tələbat zoğların güclü böyüməsi və meyvələrin formalaşması fazalarında daha da artır. Azot çatışmadıqda zoğların və köklərin böyüməsi zəifləyir, yarpaqlar solğun olur, bəzən vegetasiya dövründə saralaraq tökülür, meyvələri pis yetişir və sorta məxsus normal rəng ala bilmir. Azot çatışmazlığı zamanı saralma aşağı yarpaqlardan başlayır. Azot normadan artıq olduqda isə meyvələrin həcmi artır, dadı, rəngi pisləşir, saxlanmaya davamlılığı azalır, zoğlar sürətlə böyüyərək oduncaq yetişə bilmir və nəticədə bitkinin şaxtaya davamlılığı aşağı düşür. Yarpaqlar tünd yaşıl rəngli, həddindən böyük və qabarıq olmaqla zoğların təpə hissəsi qıvrılır.
Fosfor
Fosforun çatışmazlığı nəticəsində zoğun və yarpağın böyüməsi zəifləyir, çiçək tumurcuqları normal inkişaf etmir, yarpaqlarda bənövşəyi və qırmızı ləkələr əmələ gəlir. Gövdə, budaq və skelet köklərdə fosforun miqdarı az, yarpaq, meyvə budaqcıqları və meyvədə isə çox olur. Fosfor normadan artıq olduqda bitkidə ümumi saralma baş verir, nekrotik ləkələr əmələ gəlir, yarpaqlar tökülür. Bitki sürətlə inkişaf edərək tez qocalır. Fosforun həddindən artıq olması bitkilərin rütubət çatışmazlığına həssaslığını artırır.
Kalium
Bitkidə olan kaliumun çox hissəsi yarpaqda, meyvə budaqcıqları və meyvələrdə olur. Bitkidə kaliumun iştirakı ilə zülalın əmələ gəlməsi sürətlənir, maddələr mübadiləsi yaxşılaşır, bitkinin şaxtaya davamlılığı yüksəlir. Onun çatışmazlığı nəticəsində isə bitkinin şaxtaya davamlılığı azalır, yarpaqların kənarları quruyur, yarpaq tökülür, nişasta və şəkərin miqdarı azalır, üzvi maddələrin yarpaqlardan budağa hərəkəti ləngiyir. Kalium çatışmazlığı zamanı bitkidə azot aclığı da baş verir. Buna görə də sonrakı mərhələdə yarpaqlarda azot çatışmazlığı da müşahidə olunur. Kalium normadan artıq olduqda bitki stressə düşür, yarpaqlar tünd yaşıl rəng alır və xırda olur. Bu zaman kalsium, mis, bor, sink və digər elementlərin mənimsənilməsi prosesi pozulur.
Kalsium
Kalsium çatışmazlığı nəticəsində zoğların uc hissəsi məhv olur. Meyvələrdə qonur rəngli nekrotik ləkələr əmələ gəlir. Köklər uc hissədən məhv olmağa başlayır, yarpaqlar kənarlardan başlayaraq qaralır və ağacda yuxarıya doğru tədricən quruma baş verir. Torpaqda kalsium normadan artıq olduqda kalium və maqneziumun bitki tərəfindən mənimsənilməsi prosesi pozulur.
Maqnezium
Maqnezium çatışmazlığından yarpaqlar tökülür, bitkinin vegetativ boyu zəifləyir. Bu əlamətlər ilk növbədə yaşlı yarpaqlarda müşahidə olunur. Torpaqda maqneziumun çox olması kalsium və kaliumun bitki tərəfindən mənimsənilməsinə mane olur. Nəticədə bitkidə kalium çatışmadığından meyvələrdə acı dada malik ləkələr əmələ gəlir.
Kükürd
Kükürd çatışmazlığı ilk növbədə cavan yarpaqlarda və böyümə konusunda müşahidə olunur. Bu zaman cavan yarpaqlar saralır. Kükürd çatışmazlığının əlamətləri azot çatışmazlığına oxşayır. Lakin azot çatışmazlığının əlamətləri ilk növbədə yaşlı yarpaqlarda özünü göstərir. Əksər vaxtlarda kükürd çatışmazlığını azot çatışmazlığı kimi qəbul edib bitkilərə azot gübrəsi normadan artıq verilir. Nəticədə bitki tərəfindən azotun yüksək dozada qəbul edilməsi məhsuldarlığın aşağı düşməsinə və məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olur. Torpaqda kükürdün artıq dərəcədə olması sorucu köklərin yanmasına və məhvinə səbəb olur. Gövdədə və əsas budaqlarda uzununa tünd qəhvəyi rəngli zolaqlar əmələ gəlir.
Dəmir
Dəmir çatışmadıqda yarpaqlar saralır, bitkinin inkişafı zəifləyir, xloroz xəstəliyi baş verir. Zəif qələvi reaksiyalı əhəngli torpaqlarda becərilən meyvə bitkiləri xloroz xəstəliyinə tutulur. Bu zaman xüsusilə zoğun uc hissəsinə yaxın yerləşən yarpaqlar kütləvi şəkildə saralır. Kükürd çatışmazlığından fərqli olaraq burada damarlar yaşıl rəngdə olur. Dəmir normadan artıq olduqda bitkinin böyüməsi ləngiyir və sorucu köklər məhv olur.
Bor
Bu element çatışmadıqda köklərin böyüməsi, çiçəkləmə və çiçəklərin mayalanması prosesləri, keçirici toxumaların inkişafı zəifləyir, zoğun böyümə nöqtəsi məhv olur. Bor çatışmazlığı ilk növbədə cavan yarpaqlarda özünü göstərir. Bor ən çox çiçəklərdə toplanır. Bu elementlə təmin olunmayan çiçəyin dişiciyi inkişaf edə bilmədiyindən o tökülür. Bor çatışmadıqda meristematik toxumalar və zoğlar eybəcərləşir. Meyvələr qonur rəng alır və çatlayır. Borun artıq dərəcədə olması isə ilk növbədə yaşlı yarpaqlarda özünü göstərir. Bu zaman yarpaqlarda qonur ləkələr əmələ gəlir və getdikcə yarpaq tamamilə quruyur.
Manqan
Torpaqda yüksək miqdarda kalsium olması manqan çatışmazlığına səbəb olur. Qələvi mühitli torpaqlarda xüsusilə suvarma zamanı cod sulardan istifadə olunduqda manqan çatışmazlığı baş verir. Manqan çatışmazlığı zamanı yuxarı cavan yarpaqlarda damarlar arasında xloroz müşahidə olunur. Bu zaman həmin hissələr sarımtıl-yaşıl, yaxud da sarımtıl-boz rəng alır, damarlar isə yaşıl rəngdə qalır. Sonra saralmış hissələr quruyur. Manqan çatışmadıqda bitkilər az yarpaq əmələ gətirir. Turş torpaqlarda isə əksinə manqan normadan artıq olur. Manqanın normadan artıq olması da yarpaqlarda xlorofilin azalmasına səbəb olur ki, bu da maqnezium çatışmazlığına bənzəyir. Belə ki, damarlararası hissələrdə xloroz baş verir. Lakin burada saralma ilk növbədə yaşlı yarpaqlardan başlayır. Yarpaqlar qırışır və tökülür.
Mis
Zülalların və karbohidratların sintezində, fotosintez və tənəffüs proseslərində iştirak edir, bitkilərin göbələk xəstəliklərinə qarşı davamlılığını artırır. Torpağa həddindən çox fosfor gübrəsi verildikdə mis çatışmazlığı yaranır. Eyni zamanda yüksək humuslu torpaqlarda, yaxud torpağa həddindən artıq humuslu gübrələr verildikdə mis çatışmazlığı müşahidə olunur. Mis çatışmadıqda köklərin böyüməsi zəifləyir, çiçəyin saplağı quruyur, zoğun uc nöqtəsi məhv olur. Yarpaqlar turqor vəziyyətini itirir və əyilir. Bu zaman yarpaqlarda ağ rəngli ləkələr əmələ gəlir. Zoğun uc hissəsində yerləşən yarpaqlar solğun rəngli və iri olur. Mis normadan artıq olduqda bitki inkişafdan qalır, yarpaqlarda qonur rəngli ləkələr əmələ gəlir və onlar quruyur. Bu özünü ilk növbədə yaşlı yarpaqlarda göstərir.
Sink
Sink çatışmadıqda buğumaraları qısalır, yarpaqlar kiçilir, xloroz, nekroz xəstəlikləri baş verir, yarpaqlar vaxtından əvvəl tökülür. Sink çatışmazlığı ilk növbədə aşağı və orta yaruslarda yerləşən yarpaqlarda özünü göstərir. Sonra isə bütün bitki boyu yarpaqlarda özünü büruzə verir. Bu zaman yarpaqlarda bozumtul-qəhvəyi rəngli ləkələr əmələ gəlir. Ləkələr olan hissələr quruyaraq yarpaq məhv olur. Cavan yarpaqlar qeyri-normal və xırda olur, zaman keçdikcə üzəri sarı rəngli ləklərlə örtülür, azacıq şaquli vəziyyət alır, kənarları yuxarıya doğru qıvrılır. Hətta yarpaq saplağında və gövdədə də ləkələr müşahidə olunur. Buğumaraları qısalır. Kök sistemi zəif inkişaf edir və qonurlaşır. Sink normadan çox olduqda aşağı yarpaqlarda əsas damar boyunca şəffaf sulu ləkələr əmələ gəlir. Yarpaq ayaları qeyri-simmetrik böyüyür və qeyri-bərabər olur. Müəyyən müddətdən sonra yarpaqlarda nekroz müşahidə olunur və onlar tökülür.
/agro-lab.az
Paylaş:
Müəllif : Fuad
Tarix:29-07-2024, 08:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər