Saxta zeytun yağlarının istehsalı və satışı rekord həddə çatdı
Zeytun yağı ilə bağlı son 6 ildə fırıldaqçılıq rekord səviyyədə artıb.
Bu ilin birinci rübündə 182 fırıldaqçılıqdan 54-ü İtaliyadan, 41-i İspaniyadan, 39-u Yunanıstandan gəlib.
Ekspertlər hesab edir ki, inflyasiya və zeytun yağının qiymətinin artması yağ böhranına səbəb olub.
“The Guardian” qəzetindəki xəbərə görə, zeytun yağının qiyməti 2018-ci ildən bəri 100 faizdən çox artıb. İqlim böhranı nəticəsində yaranan əlverişsiz hava şəraiti digər amillərlə yanaşı istehsala da mənfi təsir göstərib. Qiymət artımı ilə paralel olaraq, Aİ daxilində müvafiq orqanlara Aİ hüdudlarından kənardan idxalın həcmində artım müşahidə olunub. Həmin məhsulların əksəriyyəti saxta və çirklənmiş yağlardan ibarətdir.
2018-ci ilin ilk üç ayında Avropa İttifaqı yalnız 15 belə hadisəni sənədləşdirmişdi. 2023-cü ildə Aİ-yə göndərilən zeytun yağlarının keyfiyyəti xeyli aşağı düşüb.
Hesabatda zeytun yağlarının müxtəlif qadağan olunmuş maddələrlə, o cümlədən pestisidlər, mineral yağlar və şüşə qırıqları ilə çirklənməsi halları təfərrüatlı şəkildə göstərilib. Bundan əlavə, çoxlu sayda hallar sənədləşdirilib, o cümlədən zeytun yağlarının aşağı keyfiyyətli yağlarla saxtalaşdırılması müəyyən edilib.
Fevral ayında Almaniya İsraildən gələn “lampante yağı” zeytun yağı kimi satılıb. Qeyd edək ki, “Lampante yağı” insan istehlakı üçün yararsız hesab edilir və əlavə emal tələb edir. Bu yağlar Niderlanddan tranzit yolu ilə Almaniyaya keçib. Yağın Suriya mənşəli olduğu iddia edilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-07-2024, 09:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər