Siyavuş Novruzovun 10 rəqibi var: 3-ü pensiyaçıdır - Digərləri isə...
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədlərin seçki dairələri üzrə siyahılarını dərc edib. Siyahı MSK-nın saytında yerləşdirilib.
Növbədənkənar parlament seçkilərində 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Bu dəfə gərgin mübarizənin gedəcəyi dairələrin sırasında 2 saylı Şərur-Kəngərli seçki dairəsi də var. Bu dairədə deputat mandatı uğrunda 11 nəfər mübarizə aparır. 11 iddialı arasında favorit namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən rəsmi qaydada irəli sürülmüş deputat Siyavuş Novruzov sayılır.
Maraqlıdır ki, Siyavuş Novruzovun rəqibləri arasında öz partiyadaşı da var. Peşəkar S-1 Döyüş Liqasının vitse-prezidenti Vüqar Nəcəfov da həmin dairədən mandat almağa iddialıdır. Siyavuş Novruzovun namizəd olduğu 2 saylı Şərur-Kəngərli seçki dairəsində namizədliyi qeydə alınmış 11 nəfərin 9-u kişi, 2-si isə qadındır. Namizədlər ən müxtəlif peşə sahibləridir. dirnaq modelleri
Siyavuş Novruzovun rəqiblərindən 3-ü pensiyaçıdır. 4 nəfər isə pedaqoji fəaliyyətlə məşğul olur, orta məktəb müəllimidir. 1 nəfər iş adamı, 1 nəfər isə Naxçıvan şəhər 3 saylı Mənzil İstismar İdarəsinin əməkdaşıdır. Novruzovun partiyadaşı olan Vüqar Nəcəfov isə peşəkar idmançıdır. O, namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.
Siyavuş Novruzovun 10 rəqibi arasında yalnız 1 nəfər müxalifət təmsilçisi var. Həmin şəxs Ümid Partiyasının üzvüdür. Namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Füzuli Əsgərov Naxçıvan şəhər A.Cəlilov adına 12 nömrəli tam orta məktəbdə çalışır.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-08-2024, 10:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər