reklam
Regionxeberlericom.az » Araşdırma » “Hamı düşünür ki, bu, Azərbaycanın ziyanına ola bilər, əslində isə...”

reklam

“Hamı düşünür ki, bu, Azərbaycanın ziyanına ola bilər, əslində isə...”

















Məlum olduğu kimi, ötən həftə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Zəngəzur dəhlizi məsələsinin sülh gündəliyi müqaviləsindən çıxarılması barədə fikirlər səsləndirib. Onun sözlərinə görə, hər iki tərəf sözügedən bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirməklə bağlı razılığa gəlib. 

İTV-nin “Diqqət mərkəzi” proqramına qonaq olan politoloq Eldar Namazov mövzunu şərh edərək bunun çox vacib qərar olduğunu açıqlayıb.

“Bu qərar Azərbaycanın mövqelərini möhkəmləndirir, Ermənistanı daha da çətin vəziyyətə salır. Burada bir hadisədən söhbət getmir - bu təkcə Zəngəzur dəhlizi ilə bağlı deyil, ümumiyyətlə, kommunikasiya məsələləri müqavilədən çıxdısa, hamı düşünür ki, bu, Azərbaycanın ziyanına ola bilər. Əslində isə, burada bir neçə vacib hadisə baş verdi. Azərbaycanla Ermənistan arasında 3 kommunikasiya müzakirə olunurdu. Biz daha çox Zəngəzur dəhlizi haqqında danışırdıq. Ermənilər daha çox Culfaya dəmir yollarının açılması və Culfa vasitəsilə İranla dəmir yollarına birləşməsi haqqında danışırdılar. Ermənistan özünün sanki Şimal-Cənub Nəqliyyat Dəhlizinin vacib oyunçusuna çevriləcəyi haqqında bəyanatlar verirdi. Həmçinin İcevan-Qazax dəmir yolunun açılmasını istəyirdilər. Belə çıxır ki, hər 3 məsələ bir az təxirə salınır”, - politoloq bildirib. 

E.Namazov vurğulayıb ki, E. Əmirbəyovun müsahibəsindən sanki, ermənilərin qarşısında bir yol xəritəsinin qoyulduğu aydınlaşır: “Yəni, get əvvəlcə konstitusiyanı dəyiş, konstitusiyandan Azərbaycana qarşı ərazi iddialarını çıxar, bəzi qanunlara düzəliş et. Bütün bunlardan sonra Ermənistanla sülh sazişi imzala bilər. Və bundan sonra kommunikasiyalar məsələsinə baxa bilərik”. 

Politoloq bildirib ki, əslində biz “onların düşdükləri dalanın qapısını bağlayırıq və açarı da cibimizə qoyuruq”: “N Paşinyanın bir müddət əvvəl bəyanat verdi ki, yeni konstitusiya hazırlanmalıdır. Bunun üçün 2026-cı ilin sonuna qədər Ermənistan hakimiyyətinə vaxt verib. Əgər konstitusiya o vaxt hazırlansa, referendum 2027-ci ildə olacaq. Ondan sonra kommunikasiya məsələsini müzakirə edə bilərik. Bu onu göstərir ki, onların qarşısına yol xəritəsi, şərt qoyulub. 

Belə vəziyyət yaranır ki, ermənilər yaxın 3-4 ildə öz daxili işləri ilə məşğul olmalıdır. Azərbaycan isə həm Avropa İttifaqı və Çinin dəstəyi ilə Gürcüstanla bir yerdə Orta Dəhlizi genişləndirməlidir. Zəngəzur dəhlizindən aşağıda Araz dəhlizi deyilən yer var, biz oradan İran ərazisindən Türkiyəyə yol açacağıq. Bakı-Tbilisi-Qars yolumuz da var idi ki, indi modernizə olunur. Bu isə ikinci yoldur. İran tərəfi də elan edib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi Azərbaycandan keçəcək. Artıq bununla bağlı qərar verilib.

Bir müddət əvvəl Şoyqu Azərbaycana gələndə onun yanında İqor Levit oturmuşdu, o Putinin beynəlxalq dəhlizlər üzrə köməkçisidir. O həm Tehrana, həm Bakıya gəlmişdi. Burada bir məqsəd var idi, Astara-Rəşt məsələsi həll olunur, Azərbaycan Rusiya-İran və bütün dünya arasında mühüm rol oynayacaq Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas oyunçusuna çevrilir. Bu qərarların hamısı eyni vaxtda elan olundu. Bundan sonra biz bütün dəhlizləri açırıq və genişləndiririk”. 

E. Namazov əlavə edib ki, Azərbaycan ilk növbədə Şimal-Cənub Nəqliyyat Dəhlizinin Ermənistandan deyil, Azərbaycandan keçəcəyini təsdiqləyir. Araz dəhlizini açır, Orta dəhlizi genişləndirir. Bundan sonra isə Zəngəzur dəhlizini açacağıq. Bütün bunlar onu göstərir ki, biz öz planlarımızdan imtina etmirik




Paylaş:


Müəllif : Tarix:
13-08-2024, 11:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər