reklam
Regionxeberlericom.az » Araşdırma » Bakıya gələn bu suyu nəinki içmək, məişətdə istifadə etmək belə təhlükəlidir - ŞOK AÇIQLAMA

reklam

Bakıya gələn bu suyu nəinki içmək, məişətdə istifadə etmək belə təhlükəlidir - ŞOK AÇIQLAMA













Canlı aləmin varlığı və yaşaması üçün suyun nə qədər vacib olduğu məlumdur.

İnsan orqanizminin orta hesabla 60 faizdən çoxu sudan ibarətdir və onun lazımi fəaliyyəti üçün kifayət qədər suyun qəbul edilməsi şərtdir.

Həkimlər tərəfindən böyük insanların gündə 1,5-2 litr su içməyi tövsiyə olunur.

Digər tərəfdən, qəbul edilən suyun miqdarı ilə yanaşı, keyfiyyəti də çox vacibdir. Nəinki içdiyimiz, məişətdə istifadə etdiyimiz suyun keyfiyyəti çox əhəmiyyətlidir.

İçməli su ilə bağlı yüksək tələb və standartlar var. Əsas tələblər suda kimyəvi qarışıqların, xəstəliktörədən bakteriyaların və virusların olmamasıdır. Suyun turşu-qələvi balansının (pH səviyyəsi) və reduksiya-oksidləşmə dərəcəsinin də lazımi səviyyədə olması vacib hesab edilir.

Mütəxəssislər bildirir ki, suyun pH dəyərinə bir çox kimyəvi və bioloji proses təsir göstərir. Su heyvanlarının əksəriyyəti suda pH 6,5-8,0 aralığına üstünlük verir. Bu diapazondan kənar pH dəyəri ümumiyyətlə orqanizmin fizioloji sistemini gərginləşdirir və çoxalmanı azaldır.

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev TNS-ə açıqlamasında suyun pH səviyyəsinin normada olmasının əhəmiyyətindən danışıb: “Su, gələcəkdə planetimizin əhalisinin ən çox axtaracağı, daha çox ehtiyac hiss edəcəyi bir element olacaq. Hazırda su ehtiyatı çox olan ölkələr, məsələn, Kanada, Norveç gələcəkdə onu satacaqları ilə öyünürlər.

Ona görə də su məsələsində hərtərəfli diqqətli olmaq çox vacibdir.

Su ehtiyatları ilə yanaşı, su mühitinin-suyun turşu-qələvi balansının (pH səviyyəsi) lazımi səviyyədə olması vacibdir. Suda pH səviyyəsinin 7,5 vahid olması həmin suyun neytral olduğunu göstərir. İçməli və məişətdə istifadə olunan suyun qələvi mühitinin bu göstəricidə olması onun keyfiyyətli olduğunu göstərir. Amma bundan 0,5 artıq olanda artıq su qələvi mühitə keçir. 0,5 az olduqda isə suda turş mühit yaranır. Suyun tərkibində olan müxtəlif qatqılar onun mühitini dəyişir”.

Mütəxəssis bildirib ki, suyun pH səviyyəsinin normada olması içmək üçün yararlı olduğu kimi, insanın dərisinə də ziyan vurmur: “Bir sıra ölkələr suyun bu göstəricisinin normal olmasına çox diqqət göstərir. Suyun qələvi mühiti yüksək olduqda paltar yuyulan zaman yaxşı təmizlənmir, həddən artıq çox miqdarda yuyucu toz tələb olunur. pH səviyyəsi normal olan suda sabun yaxşı köpüklənir, yuduqdan sonra əllərdə ağ ləkələr yaranmır. Adicə əl-üz sabunu ilə ağ paltarın çirkini yuyub-təmizləmək olur. Ən vacibi də bu cür su içmək üçün daha yararlıdır”.

Ənvər Əliyev Bakıda istifadə olunan suyun pH səviyyəsini yoxlayıb: “Bizim istifadə etdiyimiz Oğuz-Qəbələ-Bakı kəmərindən gələn sudur. Test aparatı ilə öz istifadə etdiyimiz suyun pH səviyyəsini ölçdüm və pH 11,02 səviyyəsində çıxdı. Bu, suyun artıq qələvi mühitə keçdiyini göstərir. Suyun qələvi mühitinin yüksək olduğunu adi adamlar da istifadə zamanı hiss edə bilərlər. Əlində bir yara varsa, suya vuran kimi sızıldayır, qıcıqlanır. Üzü təmizləyəndə adi zədələnmə ağrı verir və s. Ona görə balansın qorunmasına ciddi fikir verilməlidir. Oğuz-Qəbələ suyunda kalsium-karbonat çoxdur. O ərazilər vaxtilə okean altında olub və orada çoxlu miqdarda yumuşaq orqanizmlərin skeletləri çürüyüb və nəticədə kalsium-karbonat çoxalıb. Nəticədə həmin ərazidə suyun pH səviyyəsi yüksəlib. Yaxşı olar ki, həmin suyu istifadə etməzdən əvvəl neytrallaşdırıcı maddələr vurulsun və optimal mühit yaransın. Təəssüf ki, bizdə bu məsələni həll etmirlər. İl ərzində küllü miqdarda yuyucu toz istifadə edirik. Paltar yuyanda yaxşı təmizlənmir. Əllərimizi yuduqdan sonra ağappaq olur. Suyu içən zaman da bu problem hiss olunur. Bəzi insanlar suyu neytrallaşdırmaq üçün müəyyən cihazlardan istifadə edirlər ki, buna da çox vəsait sərf olunur. Halbuki, bunu hökumət suya verdiyimiz vəsait daxilində həyata keçirməlidir”.




Paylaş:


Müəllif : Tarix:
15-08-2024, 09:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər