DYP-nin Ekologiya postunda “reketlik” – VİDEOFAKT
Bir müddətdir sosial şəbəkələrdə Dövlət Yol Polisi İdarəsinin Ekologiya postunda sürücülərə qarşı haqsızlıq olunması barədə məlumatlar yayılırdı. Bu məsələ ilə bağlı cumhuriyyet.az olaraq bəzi faktları diqqətinizə çatdırırıq. Məsələ burasındadır ki, Yol hərəkəti haqqında qanunun 49-cu maddəsinin I bəndin rəhbər tutub ən sağ zolaqla gedən sürücülər Sumqayıt şəhəri istiqamətində getmək istəyərsə, təbii ki, sol zolağa yerdəyişmə etməlidirlər. Yolun asfalt örtüyündə də posta bir neçə metr qalmış sağdan iki zolağın ancaq sağa getməyə icazə verdiyini bildirən 1.18 nişanlanması var.
Amma belə yollarda həmin nişan yuxarıdan asılmış 5.8.1 nişanı ilə birgə tətbiq olunmalıdır ki, sürücü uzaqdan gələndə hansı zolağın hansı istiqamətdə getməyə icazə verdiyini bilsin. Həmin posta yaxınlaşan zaman da bu nişanı görəndən sonra düzünə getmək istəyən sürücülər sol zolağa doğru yerdəyişmə edirlər. Həmin hissədə də 1.5 nişanlanma xəttidir (qırıq xətt). Qaydalar isə 1.5 xəttinin hər iki istiqamətdə kəsib yerdəyişmə etməyə icazə verir.
Postda Baxışov Səyyad adlı inspektor sürücüyə saxlama əmri verib. Sürücü də saxlayıb. Videonun əvvəllərində əməkdaş sürücünün qaydaları bilib onunla razılaşmadığını gördükdə protokol yazmaq istəmir və “get, protokol evə göndəriləcək” deyir. Halbuki, bu qanunla qadağandır. Əgər həqiqətən qayda pozuntusuna görə sürücü saxlanılıbsa, ona protokol yerində tərtib olunmalıdır. Bundan sonra sürücü təkid edir ki, ona protokol yazılsın, amma qərar verilməsin. Baxışov Səyyad da ona İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən protokol tərtib edib. Daha sonra sürücü elektron qaydada DYP rəhbərliyinə protokoldan şikayət edib. DYP rəhbərliyi isə Ekologiya postundan yolu çəkən kamera görüntülərinə baxdıqdan sonra protokola xitam verildiyini bildirən cavab məktubu göndərib. Yəni inspektorun protokolu haqsız yazdığını bildiriblər.
Amma maraqlısı odur ki, cavab məktubunda işində nöqsanlara yol verən bu inspektor haqqında hansısa tədbir görüldüyü bildirilməyib. Sürücü daha sonra bu videonu sosial şəbəkələrdə ictimailəşdirib. Bundan sonra məlum olub ki, eyni gündə elə həmin postda Elvin Abdinov adlı inspektor tərəfindən başqa bir sürücüyə də protokol tərtib olunub və o protokola da şikayət əsasında xitam verilib. Hər iki video sosial şəbəkələrdə ictimailəşdiriləndən sonra videoların rəy bölməsində bir çox vətəndaşlar onlara qarşı həmin yerdə protokol yazıldığını qeyd ediblər.
Belə ki, yenə başqa bir sürücünü də eyni səbəbə görə oradan saxlanılması barədə videogörüntü paylaşılıb. Əməkdaş qanuna-zidd iddia irəli sürdükdən sonra sürücü ona daha əvvəl bu iddiaya görə tərtib olunmuş portokola DYP rəhbərliyi tərəfindən xitam verildiyi barədə cavab məktubunu təqdim edir. İnspektor da məktub oxuyandan sonra sürücüyə qaytarıb hətta “yaxşı yol” belə demədən uzaqlaşır. Sürücü onun bu əməlinə də etiraz edir.
Başqa bir neçə sürücü də videoregistrator vasitəsi ilə çəkilən belə videoları sosial şəbəkələrdə paylaşaraq bu hala görə orada qanuna zidd olaraq saxlanıldıqlarını göstəriblər. Hətta onların içində Yol hərəkəti qaydalarından nəzəri dərs keçən bir xanım müəllimə də var. Təsəvvür edin ki, qaydalardan dərs keçən muəlliməni inspektor saxlayır və qayda pozmadığı halda onun qaydaları pozduğunu iddia edir.
”Son günlər tez-tez yayılan DYP əməkdaşları ilə dialoq videolarına baxıb bir məqamın dəqiqləşdirilməsinə ciddi ehtiyac olduğunu gördüm. Videolardan görünür ki, DYP əməkdaşları yolayrıcına yaxınlaşan və hələ 1.1 bütöv xətti olmayan yerdə yerdəyişmə edən sürücülərə “1.18 xəttinin tələbini pozmaya” görə cərimə yazmaq istəyir. Bəri başdan deyim ki, bu tamamilə yanlışdır. Söhbət 1.18 nişanlanmasının (asfaltakı oxların) tətbiqindən və tələbindən gedir. Bunu dəqiq bilmək ilk növbədə DYP əməkdaşlarına, həm də elə sürücülərə lazımdır.
Hazırda qüvvədə olan standarta əsasən, bu nişanlanma yolayrıcı qarşısında bir birindən 20-30 metr aralı olmaqla 2-3 dəfə təkrarlanaraq çəkilməlidir. Belə yolayrıcı qarşısında zolaqlar üzrə yerdəyişməni qadağan etmək üçün zolaqlar arasına 20-40 metr məsafədə 1.1 bütöv ağ xətt də çəkilməlidir. Belə halda yolayrıcına ən yaxın 1.18 oxu həmin bütöv xəttin başlanğıcında çəkilməlidir. Yəni yolayrıcına yaxınlaşanda son gördüyümüz 1.18 oxu yolayrıcından 20-40 metr aralı, ondan əvvəlkilər isə yolayrıcından daha uzaqda (təxminən 40-70, 60-100 metrdə) olacaq.
Təbii ki, yolayrıcından uzaqdakı 1.18 oxları olan yerdə zolaqlar arsında 1.5 qırıq-qırıq xətti olacaq. Əsas vurğulamaq istədiyim də odur ki, sürücünün qarşısına ilk çıxan 1.18 oxları olduğu yerdə onun üçün heç bir məcburi tələb irəli sürmür. Sürücü həmin yerdə 1.5 xəttini manevr qaydalarına uyğun istənilən tərəfə kəsib keçə bilər. Bu, qayda pozuntusu deyil və əslində sürücüyə qabaqcadan deyir ki, yolayrıcında fərqli istiqamətə gedəcəksənsə, buyur, indidən zolağını dəyiş.
Sadəcə yolayrıcına 20-40 metr qalmış artıq bütöv xətt başladısa, zolaqda yerdəyişmə də qadağandır. Ona görə də bütöv xətlərin arasına daxil olana qədər zolaqlarda yerdəyişmə tam qaydalar çərçivəsindədir. Həm də nəzərə alaq ki, yolayrıcında hərəkət istiqamətləri zolaqlar üzrə paylanırsa, 5.8.1 və ya 5.8.2 nişanı qa qoyulmalıdır. Yəni 1.18 oxları bu nişanları tamamlamalıdır.
Hər kəsə uğurlar və diqqətli olmağı arzulayıram”.
Videogörüntülərdən bir neçəsini təqdim edirik.
Paylaş:
Müəllif : Redaktor
Tarix:25-03-2019, 12:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:25-03-2019, 12:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16