reklam
Regionxeberlericom.az » Araşdırma » Müqayis Verdiyevi kimlər HİMAYƏ EDİR?

reklam

Müqayis Verdiyevi kimlər HİMAYƏ EDİR?















Hamının yaxşı tanıdığı, dələduzluğu, şər-böhtan atmağı və əxlaqsızlığı ilə ad çıxarmış Müqayis Cəmil oğlu Verdiyevin və oğlu Anar Verdiyevin qaranlıq əməlləri ilə bağlı redaksiyamıza faktlar daxil olub. Özünü iş adamı adlandıran Verdiyevin keçmişinə nəzər salanda oxucularımız bu şəxsin əsl kimliyini bilmiş olur. Dəfələrlə dələduzluq, rüşvət alma, şahtaj və böhtan atma, küllü miqdarda mənimsəmə və bu kimi ağır cinayətlərdə günahlandırılaraq həbs olunmuş Müqayisin qısa keçmişi aşadakı kimidir:

Müqayis Cəmil oğlu Verdiyev Bakı Şəhər Məhkəməsinin 24 yanvar 2000-ci il tarixli hökmü əsasında həmin dövr üçün qüvvədə olan AR CM-nin 93-8-ci maddəsinin 4-cü bəndi, 170-ci maddənin 3-cü bəndi, 148, 172 və 38-ci maddələri ilə 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəməsinin 30 dekabr 2002-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.2, 178.2.3, 178.3.2, 256.3, 311.2, 66.3-cü maddələri ilə 08 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 4 fevral 2015-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2, 179.3.2, 211.1, 66.3 və 67-ci maddələri ilə 09 il 14 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Gəncə Apellyasiya Məhkəməsinin 17.02.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilib AR CM-nin 179.3.2, 178.3.2, 66.3 və 67-ci maddələri ilə 5 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2, 62, 46.2, 222.2, 66.3, 66.4, 66.5-ci maddələri ilə 4 il müddətində azadlıqdan məhrum etmə və 2 il 6 ay müddətində dövlət orqanları və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir

Müqayis Verdiyev – Dəfələrlə ağır cinayətlər törətməkdə, dövlət vəsaitini mənimsəməkdə ittiham olunmuş, külli-miqdarda dələduzluq faktlarına görə həbs olunub. İllərlə dustaq həyatı yaşayan dələduz iş adamı həbsxanalarda belə öz çirkin əməllərindən geri qalmayıb. Orda da dustaqları aldadan və qalmaqallar yaradan Müqayis Verdiyev dəfələrlə təhqir olunaraq döyülüb. Abır, həya məvhumlarından uzaq olan bu şəxsin qısa keçmişinə nəzər salanda məlum olur ki, Verdiyev Göranboyda dələduzluq etdiyinə, ixtişaşlar yaratdığına, İmişlidə, Yevlaxda eyni əməlləri təkrarladığına görə müxtəlif zamanlarda həbs olunaraq cəzalandırılıb. Onun qanunsuz fəaliyyətinin son ünvanı Sumqayıt şəhəri hesab olunur və o şəhər bulvarının tikintisi zamanı yüzlərlə insanın pullarını mənimsəmiş və dövlətdən ayrılmış vəsaitləri şəxsi büdcəsinə köçürmüşdür. Bu əməlinə görə bir neçə il öncə həbs olunan Müqayis Verdiyev hazırda ən çirkin vasitələrə əl ataraq insanları şərləməkdədir. Yuzlərlə insana olan borcunu qaytarmayan, hər gün evinin qarşısında söyülən və təhqir olunan, borc sahiblərini ailə üzvləri adı ilə hədələyən, qızlarının gözü qarşısında demək olar ki, hər gün aşağılanan bu məxluqun yenidən dələduzluq edərək tanış olduğu adamları aldatması dəhşətli mənzərəni göz önündə canlandırır. Nə qədər qəribə olsada özü və oğlu Anar Verdiyev 400 min manatlıq avtomobildə gəzir, ailəsini isə təhqir obyektinə çevirib.

Onun qanunsuz pul tələbini yerinə yetirməyən məmurların ailə üzvlərini sosial mediada təhqir edən saxtakar iş adamı bu yolla insanları şantaj etməkdədir. Müqayis Verdiyevlə tanış olan şəxs qısa zamanda onun şər-böhtan kampaniyasının hədəfinə çevrilir. Oturduğu məclislərdə özünü Prezident Aparatında yüksək vəzifə tutan məmurların dostu olduğunu, tez-tez onlara səbətlər göndərdiyini və rüşvət verdiyini dilə gətirən dələduz iş adamı xanımları belə şantaj etməkdən çəkinmir. Öz ailəsini əməllərinin təhqir obyektinə çevirən, qızlarını girov saxlayan ləyaqətsiz ata başqalarının ailə üzvləri haqqında böhtanlar danışmaqla kimliyini açıqlamış olur.

Belə bir şəxsin bəzi vəzifəlilər tərəfindən himayə olunmasınarahatçılıq yaratmaqdadır. Prezident aparatında və Baaş prokurorluqda yaxın dostları olduğunu hamıya deməkdən çəkinməyən Müqayisin bu yaxınlarda Aparatda yüksək vəzifəli şəxsin katibəsinə 5 min manatlıq hədiyyə verdiyi və bahalı “səbət” göndərdiyi söylənilir. Biz həmin xanımın kimliyinə növbəti materialda aydınlıq gətirəcəyik.

Göründüyü kimi yüzlərlə insanı aldadan, onların hüquqlarını pozan, məmurları ailələri ilə şantaj edən, öz ailəsini isə təhqirlər, söyüşlər hədəfinə çevirən Müqayis Verdiyev analoqu olmayan xarakteri və əxlaqsızlığı ilə cəmiyyətimizdə təmsil olunur və hələki bu dələduz və cinayətkarı himayə edən var. Biz növbəti materialda Müqayis Verdiyevin kimlər tərəfindən himayə olunduğu və kimlərə böyük hədiyyələr verdiyini açıqlayacağıq. Ümid edirik ki, insanları şantaj edən Müqayisi himayə edənlər onun əsl kimliyini anlayacaq və gələcəkdə onun şantajları ilə üz üzə qalmamaq üçün münasibətlərə yenidən baxacaqlar. Bir vaxtlar dost olduğu və süfrələrindən qidalandığı insanları bu gün şantaj edən Müqayisin “səbətlər” göndərdiyi şəxslər barədə sabah nələr deyəcəyi bəllidir.(BakuNews)

Mövzuya qayıdacağıq.




Paylaş:


Müəllif : Tarix:
16-08-2024, 16:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər