reklam
Regionxeberlericom.az » Araşdırma » Müəllimlərin sertifkatlaşması təhsilimizə nəyi qazandırdı? - Mütəxəssis rəyi

reklam

Müəllimlərin sertifkatlaşması təhsilimizə nəyi qazandırdı? - Mütəxəssis rəyi

















Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi təhsil sahəsində də davamlı islahatlar aparılır. Təhsilimizin beynəlxalq standartlara uyğunlaşdılmasında  aparılan işlərin miqyası genişlənir. Bu istiqamətdə aparılan i.lərdən biri də müəllimlərin sertifikasiyadan keçirilməsidir. 

Artıq iki ildir ki, bu proses davam edir. Sertifikasiyadan keçmiş müəllimlərin həm bilik səviyyəsi müəyyənləşmiş olur, həm də onların məvacibi göstərdikləri nəticələrə görə 10 və yaxud 35 faiz artmış olur.  Setifkasiya imtahanları müəllimlərimizin öz üzərində çalışaraq tədris etdiyi fənni daha yaxşı bilməsinə xeyli təkan verir. Amma bu, müəllimlərimizin peşəkarlığının artmasına da səbəb olurmu? Bu suala birmənalı cavab vermək olmur. Sertifkasiyanın nəticəsi, görəsən, sinif otaqlarında öz əksini tapırmı? Başqa cür düsək, sertifkasiya imtahanları şagirdlərimizə nə verdi? Müəllimlərimiz qazandıqları nailiyyətləri sinif otaqlarına daşıya bilirmi? Bu kimi sualları çoxaltmaq mümkündür. Fikrmicə, sertifkasiya imtahanları  bu imtahanlarda uğur qazanmış  müəllimin şagird qarşısında heç bir öhdəliyini şərtləndirmir. Nəticədə müəllimlərimizin setifkasiyadan keçməsinin tədris prosesinə təsiri hiss olunmayacaq. Çünki müəllimin ilboyu öz üzərində çalışaraq sertifkasiya imtahanında uğur qazanması yalnız müəllimin özünə “xeyir” olur. Sanki sertifikasiya  prosesində bir natamamlıq var. Sertifikasiyanın nəticəsinin tədrisdə keyfiyyətin yüksəlməsinə təsir mexanizmi yox kimidir. Öz işini layiqincə, keyfiyyətlə yerinə yetirmək yenə də müəllimin vicdanına qalıb. Vəzifəsini yüksək səviyyədə icra edən müəllimlər sertifikasyadan əvvəl də olub, sonra da olacaq.  Amma, ümumilikdə, keyfiyyətli təhsilin reallaşdırılması üçün konkret bir mexanizm yoxdur.

Müəllimlərin sertifikasida əldə etdiyi uğurun tədrisdə əldə etdiyi nəticə ilə uyğyunluğu məsələsi araşdırılmalıdır. Müəllimin bilik səviyyəsi onun pedaqoji fəaliyyətində öz əksini tapmalıdır. Təcürbəli müəllim kimi təhsilimizin inkişafı naminə mənim də təkliflərim var: Böyük Summativ Qiymətləndirmələr (BSQ) mərkəzləşmiş qaydada aparılması, fikrimcə, təhsilimizin inkişafını sürətləndirməyə xidmət etmiş olar. Qeyd edim ki, BSQ-lər əslində məktəb rəhbərlərliyi tərəfindən hazırlanmalı olan şagird qiymətləndirməsi üçün tərtib olunan suallardır. Amma çox vaxt bu suallar elə fənn müəllimlərinə tapşırılır, bu da  nəticədə qiymətləndirmə prosesininin şəffaflığına mane olur. BSQ-lərin mərkəzlədirilmiş formada keçrilməsi üçün kifayət qədər resurslarımız, eyni zamanda bunları hazırlaya bilən qurumlarımız var. Belə ki, həm Azərbaycan Respublikasının Təhsil İnstitutu, həm də Dövlət İmtahan Mərkəzi BSQ-ləri rahatlıqa həyata keçirə bilər. Mərkəzləşmiş imtahan eyni zamanda qiymətləndirmənin ölkə üzrə ədalətliliyini, obyektivliyini təmin etmiş olar. BSQ-lərin mərkəzləşmiş formada keçrilməsi həm  şagirdlərin yarımil ərzində dərs proqramını  necə mənimsəməsini, həm də müəllimin sinifdəki fəaliyyətini asanlıqla izləməyə imkan verəcək. Beləliklə, mərkəzləşmiş BSQ imtahanları müəllimin tədris etdiyi fənnə qarşı məsuliyyətini daha da artırmış olacaq. Bu,  şagirdlərin məktəbə olan münasibətini də dəyişməyə xeyli təsir edəcək Sayt yaratmaq

Mərkəzləşmiş şəkildə keçirilmiş BSQ-lər yüksək nəticə göstərmiş müəllimlərin (eləsə də digərlərinin) dərs dediyi sinflərdəki şagirdlərin nailiyyətləri ilə analogiya aparmağa da imkan verər. Hətta şagirdlərin BSQ zamanı göstərdiyi nəticələrin gələcəkdə müəllimlərin sertifikasiya nəticəsinə təsiri mexanizmini də müəyyənləşdirmək olar. 

Şagirdin real qiymətləndirilməsi prosesi Ali məkətblərə qəbul qaydalarına da yenidən baxmağa, yaxud da dəyişməyə imkan yarada bilər. Əgər şağirdin orta məktəbdəki BSQ imtahanlarındakı nəticəsi ali məktəblərə qəbul zamanı nəzərə alınsa, məktəblərin azalan nüfuzunun yenidən yüksələməsinə təkan verər.

 IX və XI siniflərdə buraxılış imtahanın yalnız 3 fəndən təşkil edilməsi şagirdlərin və digər fənn müəllimlərinin tədris prosesinə laqeyd yanaşmasına səbəb olur. Təkliflərimdən biri də budur ki, ana dili, riyaziyyat, xarici dil imtahanları qalmaq şərti ilə, hər il daha iki fənn seçmə üsulu ilə buraxılış imtahanına əlavə edilsə, fənn müəllimlərinin və şagirdlərin digər fənlərə qarşı münasibəti dəyişmiş olar. 




Paylaş:


Müəllif : Tarix:
21-08-2024, 11:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər