Baş Prokurorluq həmin şəxslə bağlı açıqlama yaydı
“Bəzi media saytlarında Firdovsi Vəliyev adlı şəxsin rəhbəri olduğu şirkətə məxsus nəqliyyat vasitəsinin ələ keçirilməsi ilə əlaqədar müraciətlərinə baxılmaması, vətəndaş qəbulunda iştirak edə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib”.
Bu barədə Baş Prokurorluğun müraciətində qeyd olunub.
Bildirilib ki, Vəliyev Firdovsi Bəhram oğlu müraciətlərində rəhbəri olduğu dərman preparatları firmasına məxsus nəqliyyat vasitəsinin idarə edilməsinə dair Goranboy şəhərində əczaçılıq fəaliyyəti ilə məşğul olan Rəhimov Xəyyam Nəriman oğlu ilə 2022-ci ilin sentyabr ayında aralarında yaranmış narazılıqdan sonra sonuncuya verdiyi etibarnamənin müddətinin bitməsinə baxmayaraq, avtomobilin ələ keçirilməsini göstərib.
“Həmin müraciət üzrə Goranboy Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı vətəndaşın bildirdiyi xüsusatlar öz təsdiqini tapmayıb və hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilməyib. Eyni zamanda, qeyd edilən nəqliyyat vasitəsinin üzərinə saxta dövlət qeydiyyat nişanının bağlanılaraq idarə edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılmaqla hər hansı qanunsuzluq faktı aşkar edilməyib. Vətəndaş müraciətləri ilə əlaqədar prokurorluq orqanlarında qəbul edilməklə aidiyyəti üzrə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilib”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən “Fitstar Herbal Products” MMC-nin direktoru Firdovsi Vəliyev mətbuata açıqlamasında şirkətin keçmiş əməkdaşı Xəyyam Rəhimovun 2 ildən artıqdır ki, MMC-yə məxsus “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobili qaçırdığını iddia edib. O bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər etməklə yanaşı, bir dəfə baş prokuror Kamran Əliyevin qəbulunda olub: “Baş Prokurorluqdan 3 SMS almışam, hər birində də şikayətimi bir rayonun prokurorluğuna, polisinə göndərildiyini yazırlar. İki ildən artıqdır ki, şirkətin maşını faktiki olaraq oğurlanıb, ortada oğurluq cinayəti var. Üstəlik, maşın oğurlanandan sonra ban nömrəsi dəyişdirilib, saxta nömrə ilə Goranboy, Gəncə, Bakıya sürürlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-08-2024, 16:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər