Nərminin ölümü yenidən araşdırılacaq - Baş prokuror göstəriş verdi
Ailədaxili zorakılığın və həkim səhlənkarlığının qurbanı olduğu iddia olunan Nərmin Mustafayevanın ölümü ilə bağlı xitam verilmiş cinayət işinin istintaqı yenilənib.
Bununla bağlı baş prokuror Kamran Əliyev göstəriş verib.
Nərminin atası Rafiq Mustafayev nümayəndəsi-hüquq müdafiəçisi Samir Zeynalovla birgə baş prokurorla Şəkidə keçirilən qəbulda görüşüb. Valideyn məlumat verib ki, əri tərəfindən şiddətə məruz qalan 20 yaşlı qızı 2023-cü ilin mayın 27-də bədənin müxtəlif nahiyələrindəki ağrılar-dəqiqləşdirilməmiş qızdırma səbəbi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Valideynin iddiasına əsasən, həkimlər gərəkli diqqət göstərmədiyi üçün 3 gün sonra orada vəfat edib.
R.Mustafayevin sözlərinə görə, qızı müayinə üçün zəruri tibbi avadanlıqların olmaması və gecikən müalicə nəticəsində vəfat edib. İş üzrə 3 dəfə ekspertiza təşkil olunub. Hər 3 ekspert rəyində həkimlərin səhlənkarlığı qeyd olunsa da, istintaq orqanı rəylər arasında ziddiyyəti əsas gətirərək təkrar ekspertiza keçirilməsini zəruri sayıb. Həmin ekspertizada ölümə hər hansı xəsarətin səbəb olmadığı qeyd olunub. Eyni zamanda Nərminin bədənində olan xəsarətlərin həyat yoldaşı tərəfindən yetirilməsi araşdırılmayıb. Həmçinin ata qızının yeni ailəsi tərəfindən həkimlərə təsir göstərildiyindən də şübhələnir.
Hadisədən sonra Balakən Rayon Prokurorluğunda həkimlərlə bağlı Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Lakin həmin cinayət işinə mayın 30-da xitam verilib. Xitam qərarı işdə cinayət tərkibinin olmaması ilə əsaslandırılıb.
Ailə isə bununla razılaşmır, qızlarının ölümünə düzgün hüquqi qiymət verilmədiyini düşünürlər. Onlar bu fikirlərini respublika prokuroruna da deyiblər.
Baş prokuror valideyni dinləyib, şikayətin təkrar dərindən araşdırılması ilə bağlı prokurorlara göstəriş verib.
Qeyd edək ki, Nərmin ölümündən 2 il əvvəl ailə qurmuşdu. Onun 1 övladı yadigar qalıb. Bu hadisə ilə bağlı dəfələrlə televiziya verilişlərində müzakirə gedib. Həm Nərminin əri, həm atası açıqlamalar verib.
(Qafqazinfo)
Paylaş:
Müəllif : Fuad
Tarix:29-08-2024, 14:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər