“Rüşvətlə, sifarişlə hökm çıxaran hakimlər vətəndaşı dövlətdən narazı salır” - NƏZAKƏT MƏMMƏDOVA
“Vətəndaş niyə Avropa məhkəmələrində ədalət axtarmalıdır?!”
“Məhkəmə-hüquq islahatlarının ən əsas hissəsi vətəndaşların daha çox şikayət etdiyi, yaxud qərarları daha yüksək məhkəmə instansiyaları tərəfindən ləğv edilən, yaxud çıxardıqları qərarlardan Avropa Məhkəməsinə şikayət edilən hakimlərin vəzifədən uzaqlaşdırılması ilə başlasa doğru olardı”.
Bu barədə politoloq Nəzakət Məmmədova qeyd edib.
“Dövlətin etibarı zədələnir”
N. Məmmədova vurğulayıb ki, rüşvətlə, sifarişlə qərar, hökm çıxaran hakimlər vətəndaşı dövlətdən narazı salır: “Üstəlik, həmin vətəndaşlar Avropa İnsan Haqları Məhkəməsinə şikayət edərək dövlətdən külli miqdarda təzminat alırlar ki, bu, bəzən 100 min avronu keçir. Olmazmı ki, hakimlər vicdanlı qərarlar çıxarsın, nə narazı vətəndaş Avropa Məhkəməsinə müraciət etsin, nə də dövlət büdcəsi yüz minlərlə avronu vətəndaşa cərimə olaraq ödəməsin?! Bu pul bizim işləyib büdcəyə verdiyimiz vergidir. Eyni zamanda, dövlətin etibarı zədələnir, ölkəmizdə məhkəmələrin insanlara qarşı ədalətsizliyi barədə Avropada fikir formalaşır. Hansısa rüşvətxor, vicdansız hakimlər 5-10 minlə cibini dolduracaqsa, dövlətin nüfuzuna niyə xələl gəlməlidir, vətəndaş niyə Avropa məhkəmələrində ədalət axtarmalıdır?! Biz Avropa Məhkəməsində nəinki Azərbaycan məhkəmələri tərəfindən hüquqları pozulmuş azərbaycanlıların mülki, yaxud cinayət işlərinə, daha çox gücümüzü Ermənistan tərəfindən hüquqları pozulmuş azərbaycanlıların haqqının bərpasına yönəltməliyik. Avropa məhkəməsinə o işlər daşınmalıdır ki, o, Azərbaycan məhkəmələrindən asılı deyil. Vətəndaşın hüququnun bərpası dövlətin öz əlindədir. Qanunlarımız yaxşıdır, sadəcə, ona vicdanla riayət edilməlidir ki, dövlət-vətəndaş münasibəti yüksəlsin, etibar və etimada söykənsin. Zira, məhkəmə vətəndaşın dövlətdən haqq-ədalət umduğu ümid qapısıdır”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:25-03-2019, 17:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:25-03-2019, 17:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16