reklam
Regionxeberlericom.az » Araşdırma » Gəlir səviyyəsinə görə Cənubi Qafqazda niyə ən geridəyik? - "Bank sektorumuz"

reklam

Gəlir səviyyəsinə görə Cənubi Qafqazda niyə ən geridəyik? - "Bank sektorumuz"

















Azərbaycanda bankların gəlirləri xaricdən olan vətəndaşlara kredit verməməsi ilə bağlı məlumatlar yayılıb. Halbuki son illərdə xaricdə işləyən azərbaycanlıların sayı artmaqdadır. Türkiyə, Rusiya kimi ölkələrdə çalışan vətəndaşlarımızın əksəriyyəti vətəndə mülk və ya avtomobil almaq istəyir. O zaman nə üçün bu vətəndaşlar kredit götürə bilmirlər?

Sitat.info-ya açıqlamasında bu haqda danışan iqtisadi ekspert Akif Nəsirli bildirib ki, belə bir səbəbdən bankların kredit verməkdən imtina edəcəyinə inanmır: "Azərbaycan bankları Cənubi Qafqaz ölkələrində ən aşağı mənfəətə malik olan banklardır. Mən düşünmürəm ki, bunun səbəbi gəlirləri xaricdən olan vətəndaşlara kreditin verilməməsindən irəli gəlir. Azərbaycan kommersiya bankları gəliri olan istənilən şəxsə kredit verməyə hazırdır”.

İqtisadçı əlavə edir ki, bankların öz qiymətləndirmə meyarları var: "Onların özlərinin ayrı olaraq indiqatorları var və onun vasitəsilə yoxlayırlar ki, adamın gəliri var, ya yox. Bununla da əvvəl kiçik miqdarda, sonra isə böyük məbləğdə kredit verirlər.

Amma bu kreditlər kifayət qədər bahadır. Gürcüstanda hər bir bank ildə təxminən 30 milyon dollar qazanırsa, Ermənistanda hər bir bank ildə orta hesabla 24 milyon dollar qazanırsa, Azərbaycanda banklar orta hesabla təxminən 15-16 milyon dollar vəsait qazanır.

Səbəbi də ondan ibarətdir ki, Azərbaycanda bank sektoru inhisardadır və bu inhisarçılıqdan dolayı banklar tənbəlləşir. Banklar yalnız, bir neçə bank alətindən istifadə edirlər, kreditlərdən, ipotekalardan və.s. Bunlar da üst- üstə gəldikdə 10 maliyyə aləti etmir”.

Akif Nəsirlinin sözlərinə görə, dünyada bu gün bank sektorunda 100-dən çox maliyyə aləti var: "Həmin alətlərin sadəcə 10 faizindən Azərbaycanda istifadə olunur. Alətlər seqmenti məhdud olduğundan, verilən kreditin baha olmasına görə Azərbaycanda bankların gəlirləri, qonşu ölkələrlə müqayisədə aşağıdır. Bütün problemlərin əsasında bank sektorundalı inhisarçılıq dayanır. Bankçılıq sahəsində də rəqabətin olmaması səbəbindən, banklar inkişafdan geri qalır".




Paylaş:


Müəllif : Tarix:
6-10-2024, 11:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər