Kredit borcuna görə hər əmlak müsadirə oluna bilməz - Video
Vətəndaşlar istər fiziki şəxslərdən, istərsə də müxtəlif maliyyə qurumlarından aldıqları borcu qaytara bilmədikdə, onların əmlaklarının əllərindən alınması ilə bağlı sosial şəbəkələrdə ara-sıra məlumatlar yayılır.
regionxeberlericom.az Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2002-ci ildə qəbul etdiyi qərara, eləcə də ''İcra haqqında'' qanuna əsasən, bu məsələdə müxtəlif istisnalar var. Yəni borca görə hər əmlak vətəndaşdan alına bilməz.
Hüquqşünas Xəyal Bəşirov bu barədə bildirib ki, girov yüklülüyü olan mənzillər bu məsələdə istisnadır. Qaydalarda borclu vətəndaşın mənzilindəki müxtəlif əşyalar, eləcə də onun məşğuliyyəti də nəzərə alınır. Onun sözlərinə görə, sadalanan qanunvericilik aktları vətəndaşların həyat şəraitinin pisləşməsinin qarşısını alır.
Hüquqşünasın sözlərinə görə, qanunvericilikdəki bu müddəalar borclu vətəndaşların işini yüngülləşdirə bilər. Amma sonrakı mərhələdə borcun qaytarılması üçün digər icra prosedurları tətbiq edilir. Borc qaytarılmadıqda vətəndaş məhkəmə qərarını icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-10-2019, 20:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-10-2019, 20:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29