Ağadadaş Ağayevin həbsi ilə bağlı vəsatət rədd edildi - Video - Yenilənib
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
RegionXəbərləricom.az report-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Ən popluyar məhsullara 60% endirim olundu QAÇIRMAYIN!
Xalq artistinin tərcümeyi halı hakim tərəfindən səsləndirib. O, hüquqlarının müqavilə əsasında müdafiə edən vəkilin prosesə qoşulmasını istəyib. A.Ağayev dövlət hesabına ona təyin edilmiş vəkildən imtina edib.
Məhkəmə dövlət hesabına təyin olunan vəkilin prosesdə iştirakına xitam verib.
Ağadadaş Ağayev jurnalistlərin sualların cavab olaraq bildirib ki, artıq səhhəti normaldır, ona görə də, prosesdə iştirak edir. Xalq artisti "qarşı tərəflə barışıq ola bilərmi" sualına cavab olaraq "hər şey ola bilər", - deyib.
Nurəddin Cəlilovun müdafiəçisi məhkəməyə vəsatət təqdim edib. O bildirib ki, Ağadadaş Ağayevin atdığı balta təkcə onun yox, orada olan digər insanların həyatına da təhlükə yarada bilərdi.
"Ağadadaş Ağayevin əməlində daha ağır cinayət var. Ona görə də, iş ibtidai istintaqa qaytarılmalı və təqsirləndirilən şəxsə daha ağır ittiham verilməldir", - vəkil bildirib.
Müdafiəçinin ikinci vəsatəti A.Ağayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı olub.
Dövlət ittihamçısı zərərçəkən Nurəddin Cəlilovun vəsatətlərinin təmin olunması ilə bağlı hər hansı bir əsasın olmadığını bildirib.
Müşavirədən sonra hakim vəsatətini təmin etməyib.
Həmçinin cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatəti baxılmamış saxlayıb.
Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva və onun mübahisə etdiyi Nurəddin Cəlilov cinayət işində zərərçəkən qismində tanınıb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-11-2024, 16:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər