reklam
Regionxeberlericom.az » Araşdırma » Dövlət ittihamçısı Hüseyn Abdullayevə cəza istədi

reklam

Dövlət ittihamçısı Hüseyn Abdullayevə cəza istədi
















Dövlət ittihamçısı sabiq deputat Hüseyn Abdullayevə cəza istəyib.

RegionXəbərləricom.az report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror çıxışında onun 6 ildir həbsdə olmağını nəzərə alınmasını və Hüseyn Abdullayevin qəti olaraq 10 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Qeyd edək ki, sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.




Paylaş:


Müəllif : Tarix:
5-12-2024, 11:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər