NOVRUZ MƏMMƏDOV GETDİ, NÖVBƏDƏ KİMDİR?… – Prezident “ağır çəkililəri” dəyişməyə başladı…
Dünən Prezident İlham Əliyev tərəfindən istefaya göndərilən Baş Nazir Novruz Məmmədov bəlkə də təyin olunduğu vəzifəyə yararsız olduğunu etiraf edən ilk məmur kimi tarixə düşəcək.
N.Məmmədov bütün ölkədə şok effekti verən Baş Nazir təyinatı haqda bu yaxınlarda yerli televiziyalardan birinə müsahibəsində danışmışdı. Əslində bu müsahibə ilə vəzifədə çox qalmayacağının anonsunu da vermişdi.
“Azərbaycanın Baş Naziri vəzifəsinə təyinatım gözlənilməz oldu. Heç vaxt təsəvvür edə bilməzdim ki, mənə belə bir təklif edilə bilər. Ona görə də mənim üçün hamıdan çox gözlənilməz oldu. Hər şey qəfil baş verdi…”, – N.Məmmədov bildirmişdi. O, hətta Prezidentə bu vəzifəni bacarmayacağını dediyini də etiraf etmişdi.
Sitat: “Hamımız çox razılıq, məmnunluq içərisində idik. Seçkilər çox gözəl keçdi. Cənab Prezident çağırıb dedi ki, səni Baş nazir olmağını təklif edirəm. Elə vəziyətdə qaldım ki… Fikirləşdim, bu mümkün olan şey deyil!
Cənab Prezidentə dedim ki, Baş nazir olmağı mən bacarmaram… Hə, bunu dedim cənab Prezident İlham Əliyevə. Dedim ki, sizin etimadınızı doğrulda bilmərəm. Mənim üçün bu çətin olar. Dedi ki, yox, mənim bir neçə namizədim var, onlardan biri sənsən. Düzü bu söz mənə biraz rahat oldu ki, məndən başqa da namizədlər var.
Ondan sonra bir dəfə də belə söhbətimiz oldu. Onda da eyni təklifi etdi. Dedi ki, get fikirləş! Sonra fikirləşirdim ki, bu vəzifənin öhdəsindən necə gələcəyəm?
Bunu fikirləşə-fikirləşə bir neçə gün keçdi. Zəng etdi dedi ki, Novruz Məmmədov sabah gedirsən Milli Məclisə…
Daha heç bir şey fikirləşməyə qoymadı. Başa düşürəm bu vəzifə böyük etimaddır. Amma, mənim yükümü daha da çoxaldıb”.
N.Məmmədovun “bacarmayacam” israrına baxmayaraq Baş Nazir vəzifəsinə təyin olunması və cəmi il yarımdan sonra vəzifədən götürülməsi ondan xəbər verir ki, N.Məmmədov Prezident İlham Əliyevə keçici namizəd kimi lazım olub. Yəni dövlət başçısının planlarında N.Məmmədovun uzun müddət bu vəzifədə saxlanması nəzərdə tutulmayıb.
Prezident niyə belə bir qərar verib, demək çətindir. Lakin xatırlatmaq yerinə düşər ki, həmin vaxt hakimiyyət daxilindəki qruplaşmalar baş nazir postu uğrunda çox ciddi mübarizəyə başlamışdılar. Məlumatlar verilirdi ki, hökumətdəki bir sıra “ağır çəkili” fiqurlar bu posta əsas namizəd kimi ya özlərini, ya da təmsil olunduqları qruplaşmanın nümayəndəsini görürlər və bütün imkanlarını səfərbər ediblər. Hətta baş nazirlik uğrunda mübarizənin komanda daxilində ciddi gərginliyə yol açdığı da bildirilirdi.
Belə görünür ki, Prezident həmin vaxt Novruz Məmmədov gedişini etməklə, həm bu gərginliyi aradan qaldırdı, həm də daha düşünülmüş qərar vermək üçün bir qədər zaman götürdü. İndi isə Prezident bu qərara gəlib ki, uzun illərdir iqtidarın iqtisadi siyasətinin formalaşmasında iştirak edən Əli Əsədov Baş Nazir postuna ən yaxşı namizəddir. Və onun namizədliyini də parlamentə təqdim edib.
Prezidentin bu qərarı həm də ondan xəbər verir ki, Əli Əsədov “Eldar Mahmudov işi”ndə günahsızlığını sübut edə və bəraət ala bilib.
İstənilən halda, son dərəcə zəif, xaraktersiz N.Məmmədovun az-çox avtoritetli, iqtisadiyyatı bilən Əli Əsədovla əvəzlənməsi yaxşı hadisədir. Bu dəyişiklik, çox böyük ehtimalla, həm də hökumətdə Prezident Administrasiyasını, hüquq-mühafizə orqanlarının rəhbərliyini, parlamenti və onun rəhbərliyini də əhatə edəcək daha ciddi kadr islahatlarının başlanğıcıdır.
BELƏLİKLƏ, NOVRUZ MƏMMƏDOV GETDİ, NÖVBƏDƏ KİMDİR?…
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-10-2019, 13:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-10-2019, 13:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Bu gün, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Bu gün, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
21-11-2024, 12:40
RƏQQASƏ Bakıda faciəvi şəkildə öldü - Son kadrları yayıldı: Təsirli GÖRÜNTÜLƏR + VİDEO
21-11-2024, 10:33