reklam
Regionxeberlericom.az » Araşdırma » Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır

reklam

Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
















Bakı-Qazax magistral yolu üzərində yerləşən rayonlarda kütləvi torpaq satışı müşahidə olunur. Magistral üzərindəki Hacıqabul, Kürdəmir, Ucar və Ağdaş kimi rayonlarının sakinləri yol kənarında yerləşən şəxsi torpaq sahələrinin bir hissəsini satışa çıxarıb. 

Yenisabah.az mövzunu araşdırıb.

Artıq satış saytlarında da xeyli sayıda müşahidə olunan bu cür elanların artmasının bir neçə səbəbi var: Bakı-Qazax magistralı boyunca kafe, restoran və mağazaların sayının artması, yolun sağ və sol tərəfində yerləşən torpaqlara tələbatı artırıb.

Həmin rayonlara və qonşu Gürcüstana səfər edən şəxslər üçün yol üzərində yerləşən belə obyektlərin əsas müştəriləridir. Daha çox qonaqqalma və müvəqqəti istirahət üçün nəzərdə tutulan ictimai iaşə obyektlərinə axın böyükdür. 

Torpaq sahəsi magistral yolun yanında yerləşən sakinlərin bir çoxu, necə deyərlər, dalğanı tutaraq şəxsi ərazilərinin bir hissəsini satışa çıxarır. Daha çox yerli sahibkarlar və realtorların aldığı belə torpaqlar sahələri, rayonların qiymət tendensiyasını nəzərə aldıqda, olduqca yüksəkdir. Yola yaxınlıq məsafəsi baxımından sotu 1500-2000 manat arasında dəyişən ərazilər ictimai iaşə obyektlərin inşası üçün olduqca əlverişlidir.

Görünən odur ki, bir vaxtlar Bakı və Abşeronda dəb halını alan həyatyanı ərazinin bir hissəsinin satışa çıxarılması praktikası artıq rayonlarda da geniş yayılmağa başlayıb. Yaxın gələcəkdə daha çox vətəndaşın da analoji şəkildə ərazilərinin bir hissəsini satışa çıxarması istisna deyil.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 11:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər