“TikTok” istifadəçilərinin aqibəti necə olacaq? - Vacib açıqlama
Son günlər sosial mediada azərbaycanlı tiktokerlərin saxlanılması ilə bağlı xəbərlər geniş müzakirələrə səbəb olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxslərin davranışları qanunvericiliyə zidd hesab edilib. Hadisə ictimaiyyət arasında müxtəlif reaksiyalar doğurub və sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb.
Müzakirələr sosial şəbəkə istifadəçilərini iki yerə bölüb. Çoxları sosial platformada müəyyən qanunvericilik normalarının olmasını və hər kəsin etik davranmalı olduğunu müdafiə etsə də, internet məkanında sərbəstliyin tərəfdarı olanlar da az deyil.
Bəs kim haqlıdır? “Tiktok bəlası” cəmiyyətimizə nə dərəcədə ziyan vurur?
Fəlsəfə doktoru, sosioloq Mail Yaqub sözügedən mövzu ilə bağlı fikirlərini “Yeni Sabah”la bölüşüb:
“Mən hüquq-mühafizə orqanlarının, polisin bu işini dəstəkləyirəm. Bunu dəfələrlə demişəm. Belə məsələlərdə hüquq mexanizmi güclü işləməlidir. Sosial şəbəkələri başlı-başına buraxmaq olmaz. Bu bizim mənəviyyatımıza ziyandır. Belə durumlar cəmiyyətimizin mənəviyyatına ziddi zərər verir. Mənəviyyat deyilən bir anlayış var”.
Ekspert qeyd edib ki, virtual arenada da realda olduğu kimi müəyyən mexanizm tətbiq edilməlidir:
“Sosial şəbəkələr üzərində nəzarət rejiminin bir neçə əsas məqamı var. Bütün sosial platformalara mütləq şəkildə nəzarət olunmalıdır. Virtual aləmdə həddini aşan şəxslər, qeyri-etik söz və ifadələrdən istifadə edənlər, əxlaq normalarını heçə sayanlar, insanların şərəf və ləqayətinə toxunacaq fikir səsləndirilənlər birmənalı olaraq məsuliyyətə cəlb edilməli, öz cəzasını tapmalıdır. Sosial şəbəkə vasitəsilə əxlaqsızlıqla məşğul olanlar bu əməlin bir cəzasının olduğunu bilməlidirlər. Onlar özlərini yığışdırmalı, ümumiyyətlə isə sosial şəbəkə istifadəçiləri özlərinə nəzarət etməlidirlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 19:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər