reklam
Regionxeberlericom.az » Araşdırma » “Rüşvətə meylli kadrlar problem yaradır” – Vahid Əhmədov

reklam

“Rüşvətə meylli kadrlar problem yaradır” – Vahid Əhmədov


Millət vəkili Vahid Əhmədov Novruz Məmmədovun Baş nazir vəzifəsindən istefa verməsi və bu olaydan sonra gündəmə gələn məsələlərlə bağlı  suallarını cavablandırıb. 
-  Vahid müəllim, keçmiş Baş nazir Novruz Məmmədovun bir illik fəaliyyətini necə qiymətləndirirsiniz? 
- Novruz Məmmədov artıq istefa verib. Bu baxımdan, onun fəaliyyəti barədə danışmaq istəmirəm. Novruz Məmmədova can sağlığı və uğurlar arzulayıram. Gedənin arxasınca danışmazlar. Bizdə o xasiyyət yoxdur.
- O zamandan gələndən danışaq. Əli Əsədovun Baş nazir təyin olunmasını uğurlu təyinat hesab etmək olarmı?
- Hesab edirəm ki, Əli Əsədov yerindədir. O, həm mərhum Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin dövründə Prezident Admnistrasiyasında işləyib. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olub. Bir çox infrastruktur layihələrin icrasında iştirak edib. Məsələn, Bayraq Meydanının tikintisi, Milli Parkın rekonstruksiyası və s. Beynəlxalq kontraktların imzalanmasında, onların həyata keçirilməsində müəyyən əməyi var. Bu sahələrdə kifayət qədər təcrübəsi var. Yaxşı iqtisadçıdır, elmlər namizədidir. Ona görə də hesab edirəm ki, Nazirlər Kabinetinə rəhbərlik edə bilər. 
Doğrudur, bütün islahatları cənab Prezident özü aparır. Bu islahatlar qəbul olunmuş strateji yol xəritəsinə uyğun olaraq həyata keçirilir. Amma əlbəttə ki, Baş nazirin yerində olması Prezidentə böyük dəstəkdir və sosial-iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində müsbət addımlara rəvac verə bilər.
- Baş nazirin əvəzlənməsi kadr və struktur islahatlarının lokomotivi kimi də qiymətləndirilir. Amma bunu formal əvəzlənmə kimi də dəyərləndirənlər var. Bu məsələ ilə bağlı sizin də fikirlərinizi bilmək maraqlı olardı...
- İstər kadr, istər struktur, istər sosial-iqtisadi sahədəki islahatlar onsuz da gedir, yəni bu prorses dayanmayıb. Artıq bir ildən çoxdur ki, strateji yol xəritəsinə uyğun olaraq islhatalar həyata keçirilir. Hesab edirəm ki, bundan sonra da kadr və struktur islahatları həyata keçiriləcək. Baş nazirin özünün də müəyyən təklifləri ola bilər. Amma bu təkliflər Prezident tərəfindən dəstəklənməlidir. Çünki qərarı o verir. Ümumiyyətlə, bizdə Konstitusiyaya görə qayda belədir. Təbii ki, mənim də fikrimcə, Baş nazirin dəyişdirilməsi islhataların lokomotivinə çevrilə bilər.
- Vitse-prezidentlik institutu yaradılandan sonra Nazirlər Kabinetinin çevik quruma çevriləcəyi barədə məlumatlar yayıldı. Siczə, Əli Əsədovun Baş nazirliyi dönəmində bu baş tutacaq?
- Mən bu gün də onun tərəfdarıyam ki, Nazirlər Kabinetinin fəaliyyətində dinamikliyi artırmaq, onu çevik quruma çevirmək lazımdır. Hesab edirəm ki, Nazirlər Kabinetində islahatlara ehtiyac var. Nazirlər Kabineti deyəndə təkcə bu qurumun aparatını nəzərdə tutmuram. Söhbət, daha geniş struktur islahatlarından gedir. Bəzi nazirliklərin birləşdirilməsi, bəzi qurumların səlahiyyətlərinin məhdudlaşdırılması məsələsinə baxılmalıdır. Təbii ki,  Nazirlər Kabinetinin özünün aparatında da dəyişikliklər edilməlidir. Bu dəyişikliklər kadrların əvəzlənməsi ilə məhdudlaşmamalıdır. Çevik bir orqan yaradılmalıdır ki, bütün məslələrə operativ müdaxilə edib qərarlar verə bilsin.  Bu gün buna ciddi ehtiyac var.
- Amma islahatlar da ləng gedir. Bunun səbəbini nə ilə izah edərdiniz?
- Mən islahatların ləng getməsi fikirləri ilə tanışam. Hörmət etdiyim iqtisadçılar da bu barədə danışırlar. Amma bir məsələni unutmaq lazım deyil ki, islahatların həyata keçirilməsi o qədər də asan deyil. Bəzən bu, cəmiyyyətdə birmənalı qarşılanmır. Bunun müəyyən neqativ və pozitiv səbəbləri olur. İslahatlar elə aparılmalıdır ki, ciddi problemlər yaranmasına səbəb olmasın. Dövlət başçısı da bütün bunları nəzərə alaraq addımlar atır. Əlbəttə mən də istərdim ki, islahatlar daha sürətlə həyata keçirilsin. Amma bu proses bitmək bilmir və bitən də deyil. Çünki ölkəmizdə, dünyada dəyişikliklər, siyasi-iqtisadi əlaqələrdə dəyişikliklər baş verir. Ona görə də həmişə islahatlara ehtiyac olur. Hesab edirəm ki, islahatların ləng getməsi barədə danışarkən daha əhatəli düşünmək lazımdır. 
- Vahid müəllim, kadr dəyişikliklərində yeni simaların olmaması da müzakirə edilən məsələlərdən biridir...  
- Ümumiyyətlə, kadr islahatları ilə əlaqədar bir məqama toxunmaq istəyirəm. Təyinatlarda kadrların rüşvətə, korrupsiyaya bulaşmaması nəzərə alınmalı, vəzifə başına keçdikdən sonra da şəffaf fəaliyyət göstərəciyinə əminlik olmalıdır. Bu cür kadrlar var və onlardan istifadə etmək lazımdır. Rüşvətxorluğa və korrupsiyaya meylli kadrlar isə əlbəttə ki, problem yaradır. Təmizlik, şəffaflıq çox böyük əhəmiyyət kəsb edir. Kadr dəyişikliklərində bu amilə daha çox diqqət yetirməyi tövsiyə edərdim.
- Sizcə, kadr dəyişikliklərində yeni simalara üstünlük verilməməsinin səbəbi nədir?
- “Kadr dəyişikliklərində yeni sima yoxdur” fikrini bölüşmürəm. Bəzi nazirlər var ki, onlar yeni simadır. Məsələn, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Sosial Müdafiə naziri Sahil Babayev, Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov, Diaspora komitəsinin sədri Fuad Muradov, “Qaçqınkom”un rəhbəri Rövşən Rzayev və s. Bunlar yeni kadrlardır. Həm də cavandırlar. İnsafla danışaq, pis də işləmirlər. 
- Amma mediada onların da fəaliyyəti barədə neqativ materiallara rast gəlinir...
- İndi müəyyən səhvlər ola bilər. Bilirsiniz, bir nazirliyin formalaşması üçün on illərlə vaxt lazımdır. Axı bunlar cavan kadrlardır. Əsas odur ki, rüşvət və korrupsiya demək olar ki, yoxdur. Gömrükdə və vergidə ciddi ishlahatlar aparılıb və s. Mən demirəm ki, bütün problemlər aradan qaldırlıb. Xeyr. Amma bu yeni kadrların təyinatından sonra müəyyən qədər müsbət işlər görülüb və görülür.
Yeri gəlmişkən, bizdə müstəqil iqtisadçılar var. Təcrübəlidirlər, beynəlxalq səviyyədə tanınırlar. Mən də hesab edirəm ki, o iqtisadçılardan istifadə etmək lazımdır. Amma sadaladığım kadrlar da yeni kadrlardır. Onlar heç o qədər də tanınmırdılar. Yəni, bu prorses gedir.
- Bəs icra başçıslarının yerdəyişməsinə nə deyirsiniz? 
- Bununla razıyam. Bəli, icra başçılarının əvəzlənməsinə, cavan kadrların təyinatına ehtiyac var. Məsələn, Şamaxıya yeni kadr təyin etdilər. Digər rayon və şəhərlərdə belə addımlar atılmalıdır. Bir şeyi də unutmayaq ki, cavan kadrların təyin olunması da bəzən problemlər yaradır. Onların təcrübəsizliyi idarəetmədə axsamalara səbəb olur. Ona görə də mən dövlət qurumlarında ucdantutma gəncləşmə siyasətinin tərəfdarı deyiləm. Yaşlı, təcrübəli kadrlardan da, məsələn, ikinci şəxs kimi yararlanmaq olar. İdarəetmədə təcrübə vacib amildir. 
Ümumiyyətlə isə Prezident qeyd edib ki, icra başçılarının fəaliyyətinə verilən qiymət onun rəhbərlik etdiyi rayon yaxud şəhərə qoyulan investisiya və açılan iş yerləri ilə ölçülür. 
Mən həmişə yeniliyin tərəfdarı olmuşam. Amma köhnələrin də təcrübəsindən yararlanmaq lazımdır. Hər universitet bitirib ingilis dili biləni gətirib vəzifəyə qoymaq olmaz axı. 


Paylaş:


Müəllif : Tarix:
10-10-2019, 15:07
Sikayət   


loading...
Загрузка...