reklam
Regionxeberlericom.az » Araşdırma » Məhkəmə hakimlərindən prezidentə şikayət – SİYƏZƏN SAKİNİ GÜNAHSIZ YERƏ 25 GÜN HƏBSDƏ YATDIĞINI İDDİA EDİR

reklam

Məhkəmə hakimlərindən prezidentə şikayət – SİYƏZƏN SAKİNİ GÜNAHSIZ YERƏ 25 GÜN HƏBSDƏ YATDIĞINI İDDİA EDİR


Siyəzən şəhəri, Vidadi küçəsi ev 45-də yaşayan, 1993-cü ildən YAP-nın üzvü olan Zeynalov Sabir Mabetdin oğlu tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Siyəzən rayon Məhkəməsinin hakimi Ələkbərov Bəyələr Ramiz oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Rzayev Məhəmmədəli Əsəd oğlu barəsində Prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:
“Hörmətli Prezident!
Siyəzən rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İnzibati Xəta haqqında 3(059)-24/2019 saylı iş üzrə 08 yanvar 2019-cu il tarixli Qərarı ilə məni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilərək, inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində həbs təyin etmişdir.
Siyəzən rayon məhkəməsinin qərarı son dərəcə qanunsuz və əsassız, həmçinin ədalətsiz və qərəzli olduğu üçün, müdafiəçim tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Rzayev Məhəmmədəli Əsəd oğlu 11 yanvar 2019-cu il tarixli qərarı ilə Siyəzən rayon məhkəməsinin 3(059)-24/2019 saylı iş üzrə 08 yanvar 2019-cu il tarixli Qərarını qüvvəsində saxlamışdır. Bununla da Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayev Siyəzən rayon məhkəməsinin hakimi Bəylər Ələkbərovun cıxarmış olduğu qanunsuz və qərəzli qərarının üzərinə bir qanunsuz və qərəzli qərar da əlavə etmişdir.
Cənab Prezident!
Biz ailəlikcə ümid edirdik ki, apellyasiya məhkəməsi rayon məhkəməsinin (hakim Bəylər Ələkbərovun) qanunsuzluqlarını düzəldərək haqq ədalət yerini tapacaqdır. Lakin təəssüflər olsun ki, hakim Məhəmmədəli Rzayev də, hakim adına yaraşmayan, haqq-ədalətdən, qanundan uzaq bir mövqe sərgiləyərək, əslində bununla da Siyəzən rayonunun yuxarı vəzifəli şəxsləri tərəfindən mənə qarşı yönəlmiş qərəzin, düşəmçiliyin tərəfində dayanaraq (hansısa müəmmalı səbəblərdən) onlara xidmət göstərmişdir.
İş üzrə mənim İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməyim sübuta yetirilməmiş, ümumiyyətlə inzibati xəta hadisəsi baş verməmişdir. İşdən yalnız o görünür ki, mənə qarşı polis əməkdaşları tərəfindən süni şəkildə İnzibati xəta hadisəsi görünüşü yaradılaraq nəticədə məhkəmə tərəfindən barəmdə qanunsuz inzibati tənbeh həbs haqqında qərar qəbul edilmişdir.
İşin əsli ondan ibarətdir ki, mən öz hüquqlarımın pozulması, həmçinin rayonun vəzifəli şəxsləri tərəfindən qanun pozuntularına rast gəldiyim zaman bu barədə yuxarı dövlət orqanlarına müraciətlər etmişəm. Bu müraciətlərimin dayandırılması üçün mənə qarşı rayonda böyük təzyiqlər vardır. Nəinki mən, hətta bütün ailə üzvlərimiz bu təzyiqlərdən əziyyət çəkirik. Hər dəqiqəbaşı ailə üzvlərimiz təqib olunur. Halbuki bütün rayon sakinləri bizim ailəmizin necə bir ailə olduğunu, halal zəhmətlə yaşadığımızı çox gözəl bilirlər. Biz haqsızlığa dözməyərək, həmişə haqq səsimizi ucaltmışıq.
Mənim hec kimə qarşı bir pisliyim keçməmişdir. Lakin indi Siyəzən Rayon İcra hakimiyyətinin və rayon Bələdiyyəsinin, eləcə də onlara bu işlərində daima dəstək olan, həmçinin öz marağına görə rayonda etdiyi qanunsuz və saxtakar əməllərindən hal-hazırda da Məhkəmə hüquq Şurasına yazdığım tam əsaslı və haqlı şikayətlərimə görə, mənimlə qərəzli münasibətdə olan rayon məhkəməsinin hakimi Bəylər Ələkbərovun böyük səyləri nəticəsində tutularaq inzibati qaydada həbs olunmuşam. Güya mən polisə tabe olmamışam. Siyəzən rayon məhkəməsinin hakimi Bəylər Ələkbərov demək olar ki, rayonda ancaq vəzifəli şəxslərin sifarişləri ilə qərar və hökm cıxarır.
Həm rayon məhkəməsinin hakimi Bəylər Ələkbərov, həm də Sumqayıt Apellyasiya məhkəməsinin hakimi Məhəmmədəli Rzayev tərəfimdən hər hansı inzibati xəta törətdiyimi sübuta yetirilmədiyini bildikləri halda, qəsdən barəmdə İXM-nin 535.1-ci maddəsilə 25 gün müddətində inzibati tənbeh həbs qərarı qəbul etmişlər. İş üzrə tam səmimi izahat verərək məhkəməyə bildirdim ki, “polis orqanı tərəfindən mənə rəsmi çağırış gəlməmişdir. Bir dəfə evimə polislər gəlmişlər. Həmin vaxt xəstə olduğum üçün xəstəxanada olmuşam. Gələn polislər niyə gəldiklərinin səbəbini ailə üzvlərimə deməmişlər. Mən bununla maraqlanan zaman da polis işçiləri bunu mənə izah etməmişlər”. Lakin hər iki hakim mənə deyil, şahid qismində izahat verən və öyrədilmiş, eyni seyləri təkrarlayan polis əməkdaşlarının əzbər söylədikləri sözlərə nədənsə daha çox “inam” göstərmişlər. Həmçinin 65 yaşım olmasına, ürək xəstəliyindən əziyyət çəkməyimə baxmayaraq hakimlər insafsızcasına, qəsdən ədalətsiz qərar qəbul etmişlər. İXM-ə görə 65 yaşına çatmış kişilərə inzibati həbs növündə tənbeh təyin oluna bilməz. Lakin sözügedən hakimlər hansısa “maraqdan” qanunun bu tələbini açıq-aydın pozmuşlar. Halbuki, İXM-nin 535.1-ci maddəsində digər alternativ tənbeh-200 manat cərimə də nəzərdə tutulmuşdur.İXM-nin 535.1-ci maddəsinə görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan hər iki hakim barəmdə məhz həbs tənbehinin təyin olunması ücün hər hansı əsasın olduğunu göstərə bilməmişlər. Pararel müqayisə apararaq diqqətinizə çatdırıram ki, 65 yaşına çatmış kişilərə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Amma sözü gedən hakimlər mənə ən ağır tənbeh verərək xəstə vəziyyətimdə-mən mütəmadi olaraq iynə və dərmanlardan istifadə edirdim, xəstəxana şəraitində müalicə alırdım-lakin məni həm qərəzli şəkildə həm də sifarişlə azadlıqdan məhrum etmişlər. Yəni birbaşa həyatımı təhlükəyə atmışlar. Xəstəliyimin ciddi olması barədə məhkəməyə sənədlər təqdim olunmuşdur.
Hakim Bəylər Ələkbərov barəmdə “həbs növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab etmişdir”. Hakim görəsən hansı əsasla, hansı qanunla ən ağır tənbehi tətbiq edərək bunu ədalətli hesab etmişdir?
Göründüyü kimi, həm rayon məhkəməsinin həm də Apellyasiya Məhkəməsinin hakimi qanunun tələblərini kobud şəkildə qəsdən pozaraq kimlərinsə sifarişini yerinə yetirərək, ədalətdən və humanizmidən tamamilə uzaq bir qərar qəbul etmişlər. Bu cür qərar qəbul etmiş hakimlər təkcə bir nəfərə deyil, onun bütün ailəsinə ağır zərbə vurmuşlar.
Hesab edirəm ki, belə bir qərar qəbul etmiş hakimlərə ədalət mühakiməsini həyata keçirməyi etibar etmək olmaz. Qərar vətəndaşın vəziyyətini son dərəcə ağırlaşdırırsa, ona həm maddi həm mənəvi zərər vurursa, həmin qərarı qəbul etmiş hakimin hərəkəti öz hüquqi qiymətini tapmalıdır. Həm 65 yaşına çatmış ağsaqqal, həm yüksək arterial təzyiqli ürək xəstəsi, həm vicdanlı bir vətəndaş olaraq mənə son dərəcə sərt tənbeh verilməsi nə insan hüquqlarına, nə də ki, İXM-nin hec bir prinsipinə uyğun deyildir. Hakimin bilərəkdən vətəndaşın hüquqlarını pozan ədalətsiz qərar qəbul etməsi yolverilməzdir və bu Məhkəmə Hüquq Şurası tərəfindən qiymətləndirilməlidir.
Məhkəmə Hüquq şurasının diqqətinə çatdırmışam ki, mən vətənimi və dövlətimi sevən onun qanunlarına hörmət edən, haqq ədalət uğrunda çalışan bir insanam.
Hörmətli Prezident!
Ümüdvaridik ki Siyəzən rayon məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun, Sumqayıt Apellyasiya məhkəməsinin hakimi Rzayev Məhmmədəli Əsəd oğlu tərəflərindən qəsdən son dərəcə qanunsuz və ədalətsiz qərar qəbul edilməsi Məhkəmə-hüquq Şurası tərəfindən araşdırılaraq, onlar barəsində qanuni tədbirlər görülməsi ilə öz hüquqi qiymətini tapacaqdır. Əfsuslar olsun ki, tərəfimizdən Məhkəmə-hüquq Şurasına edilmiş eyni məzmunlu şikayətlərimizlə bağlı Məhkəmə-hüquq Şurası Aparatının böyük məsləhətçiləri Rübabə Əkbərova və Eldar İsmayılov yuxarıda qeyd olunan faktları kökündən araşdırıb, sözügedən hər iki hakim barəsində qanuna müvafiq tədbirlər görmək əvəzinə, hakim Bəylər Ələkbərovun və hakim Məhəmmədəli Rzayevin xatirinə, tam əsaslı və haqlı şikayətlərimizi rəhbərlikdən gizlədərək, özlərinin qardaşım Valeh Zeynalovun adına göndərdiyi 16 yanvar 2019-cu il tarixli,1/Z-2 nömrəli və qardaşım Qalib Zeynalovun adına göndərdiyi 11 fevral 2019-cu il tarixli 1/Z-6/3 nömrəli səthi və məzmunsuz cavab məktubları ilə şikayətlərimiz ətrafında öz vəzifə borclarını bitmiş hesab etmişlər.
Cənab İlham Əliyev!
Odur ki, qəsdən qanunsuz qərar qəbul etmiş hakimlər barəsində sizə müraciət edirik. Apellyasiya məhkəməsinin inzibati xətalara dair işlər üzrə qərarlarından şikayət verilmir. Bu halda biz neynəməliyik. Bəs biz hara və kimə müraciət edək? Tərəfimizdən poçt vasitəsi ilə Məhkəmə-hüquq Şurası Aparatının rəhbərinin ünvanına hər iki hakimin qərarlarını göndərmişik. Qərarlardan da aydın görünür ki, hər iki hakim qanunu pozaraq sifarişlə qərar qəbul etmişlər.
Xahiş edirəm ki, ədalət mühakiməsini həyata keçirmək üçün and içən, lakin sifarişlə işləyən hər iki hakim barəsində ciddi araşdırma apararaq, qanuni tədbirlər görəsiniz”.
 
 Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.







 



Paylaş:


Müəllif : Tarix:
26-03-2019, 14:06
Sikayət   


loading...
Загрузка...