Azərbaycanda monopoliyanın kökünü necə kəsmək olar? – Oliqarxların sonu
İqisadi sektorda həyata keçirilən son kadr təyinatları və striktur dəyişikliyi bu sahədə mövcud olan problemləri yenidən gündəmə gətirib.
Yeni durumu şərh edən müstəqil ekspertlər siyasi iradənin mövcud olduğu halda əksər problemlərin həll olunacağına inandıqlarını bildirirlər. Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə bununla bağlı konkret siyasi iradə nümayiş etdirib və tapşırıqlar verib.
İqtisadi sektorda mövcud olan çoxillik problemlərdən biri isə monopoliyanın olması, oliqarxların mövcudluğudur. Durumu şərh edən iqtisadçı Azər Mehdiyev “Yeni Sabah”a bildirib ki, əslində indi də mövcud konstitusiya ilə dövlət məmurlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır. “Problem ondadır ki, həmin qanunlar işləmir və indiyə qədər də faktiki olaraq qanunun işləməməsi nəticəsində həmin qurumların rəhbərlərinə verilmiş səlahiyyətlər o qədər qeyri-məhdud olub ki, onlar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə oliqarxiya sistemi formalaşdırıblar.
Uzun illərdir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına mane olan əsas amil kimi də məmur sahibkarlığı dayanır. İndiki məqamda da inkişafa mane olan amil budur. Ölkə mühiti elə vəziyyətə gəlib ki, dövlət nə qədər investisiya güzəştləri tətbiq etsə də, faktiki olaraq güzəştlərdən faydalana bilən yalnız məmur sahibkarlar yaxud onların başçılığı altında fəaliyyət göstərən qurumlar olub.
Bunun aradan qaldırılması üçün ilk növbətə məmur sahibkarlığının aradan qaldırılması lazımdır. Cəmiyyət tələb edir ki, məmurlar hər il gəlir bəyannaməsi təqdim etməlidirlər və bunun əsasında da onların gəlirlərinin hardan və necə formalaşdığı ortaya çıxmalıdır.
İkincisi, qanunun tələb etdiyi kimi məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olması və maraqlar toqquşması yaradan bütün məqamlar ciddi şəkildə ortaya qoyulmalıdır. Korrupsiya riskinin aradan qaldırılması istiqamətində mexanizmlər hərəkətə gətirilməlidir və bu mexanizmlər ilk növbədə güclü hakimiyyət bölgüsü nəzərdə tutur. Söhbət qanunverici icraedici məhkəmə hakimiyyət ayrılmasını və bunların qarşılıqlı bir-birinə nəzarət təmin etməsindən gedir.
Burada ən vacib məqam məhkəmələrin müstəqilliyinin təmin edilməsidir. Bir ölkədə qanun işləmirsə və qanun işləməsini təmin edən ən vacib məqam – məhkəmələr müstəqil deyilsə, burada biznesin, azad sahibkarlığın inkişafı mümkün deyil. Bu addımların atılması artıq bu məsələni təmin edə bilər, məhkəmə sisteminin azad formalaşması təbii ki, ictimai nəzarətdən, azad mətbuatdan və vətəndaş cəmiyyətindən keçir. Onların da prosesləri kifayət qədər işıqlandırması üçün şərait yaratmaq lazımdır ki, məmur sahibkarlığının aradan qaldırılması üçün real zəmin formalaşsın. Ancaq bunun tam aradan qaldırılması təbii ki, zaman məsələsidir”.
Bəs mövcud olan oliqarxiya sistemi ilə necə davranmaq lazımdır? A. Mehdiyev deyir ki, kifayət qədər mürəkkəb məsələdir: “Zaman-zaman bununla bağlı amnistiya məsələsi gündəmə gəlir. Ancaq konkret halda məsələnin müzakirəsi və mümkün mexanizmlərin araşdırılmasına ehtiyac var. Çünki bir tərəfdən əgər onlara qarşı sərt mexanizmlərin tətbiqi gözlənilərsə, onlar bu halda kapitalını ölkədən qaçırmağa meyilli ola bilərlər, yaxud müəyyən sabotajlara gedə bilərlər. Məncə, bu məsələ ciddi şəkildə araşdırılmalıdır və müxtəlif mexanizmlərlə kapitalın ölkədə qalması təmin olunmalıdır. Ən vacib məsələ isə ciddi qanunsuzluqlar əsasında əldə olunmuş kapitalın geri alınmasının təmin olunmasıdır”.
Oliqarxların yaratdığı digər problemlərdən biri də onların səlahiyyətlərindən istifadə edərək vergidən yayınmasıdır. B zaman-zaman gündəmə gəlib və son olaraq özünü “Relax” olayında göstərdi. İqtisadçı deyir ki, oliqarxların büdcəyə vurduğu ziyan təkcə vergi ilə bitmir: “Dərindən araşdırdıqda onların obyektlərində ümumiyyətlə, kommunal xidmətləri ödəməməsi də üzə çıxır. O baxımdan bu məsələ ciddi araşdırılmalıdır. Belə hallar üzə çıxdıqda onların müvafiq formada cəzalandırılmasına ehtiyac var.
Mənə elə gəlir ki, yeni rəhbərlik dəyişiklikdən daha çox sabitliyin qorunmasını təmin edəcək. Bu baxımdan dediyim halların qısa zamanda aradan qaldırılması mümkün deyil”.
Gömrük rüsumlarının yüksək olması nəticəsində sahibkarlığa dəyən zərər haqda iddialara gəldikdə A. Mehdiyev deyir ki, əslində bizdə gömrük rüsumlarının məbləği məsələsində araşdırılmalı məsələlər var: “Bu gün gömrük rüsumlarının hesablama bazası nədən başlanır sualını istənilən sahibkara versəniz, buna heç kəs cavab verə bilmir. Dəqiq bir baza yoxdur ki, hansısa ölkədən gələn mallara minimal qiymət nəyin əsasında təyin olunur”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:24-10-2019, 19:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:24-10-2019, 19:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29