Əhaliyə ərzaq əvəzinə zir-zibil, kimyəvi maddə yedirənlər…
Xəbər verildiyi kimi Qida Təhlükəsizliyi Agentliyi Bakının Binəqədi rayonunda saxta “İvanovka” məhsulları istehsal edən kustar sex aşkarlayıb. Bəlli olub ki, Binəqədi sakini Elxan Muradova məxsus avtomobil qarajında çirkab içərisində, köhnə vedrə, vannalarda süd məhsulları hazırlanıb, saxta etiketlə qablaşdırılıb. Üstəlik istifadə edilən xammalın haradan və kimdən alındığı da bəlli deyil.
Virtualaz.org xəbər verir ki, agentlik bu həftənin bazar ertəsi “kəllə qənd” istehsalı ilə məşğul olan bir neçə sexdə də ciddi nöqsanlar aşkarlamışdı. Hətta pul qazanmaq hərisliyi ilə min-bir fırıldağa əl atan “iş adamları” qəndin içərisinə ağartmaq üçün kimyəvi qatqılar qatırlarmış. Hansı ki, həmin qatqılar tekstil və kağız istehsalında istifadə olunur. Agentliyin yarandığı gündən indiyədək ət, şirniyyat, süd istehsal edən sexlərdəki yoxlamaları sübut edir ki, illərdir qida bazarında acınacaqlı vəziyyət hökm sürüb, süfrəmizədək uzanan məhsullar zəhərdən fərqli deyilmiş.
Virtualaz.org saytının paytaxtın Binəqədi rayonu, 4 və 6-cı mikrorayonlarda, Suraxanı rayonu, Zığ qəsəbəsində, eləcə də Nəsimi rayonu, M. Qaşqay küçəsində yerləşən kiçik marketlərdə apardığı müşahidələr göstərir ki, satışda “İvanovka” əmtəə nişanlı süd məhsulları satılır və alıcı məhsulun sexlərdə hazırlandığını, yaxud orjinal olduğunu ayırd etməyə çətinlik çəkir. Baxmayaraq ki, satıcılar ciddi-cəhdlə sex mallarından imtina etdiklərini and-aman edirlər.
Mirəli Qaşqay küçəsində bir-birinin yaxınlığında yerləşən 10-a yaxın kiçik market var. Satıcılardan biri deyib ki, onlar üçün məhsulun harada hazırlandığını ayırd etmək su içimi kimi bir şeydir. Hətta qablaşdırmadan tutmuş etiketindəki yazılara qədər eyni olsa belə, onlar ip ucu əldə edə bilirlər.
“Əvvəlki kimi deyil, sexlər təcrübəlidirlər, malları elə qablaşdırırlar ki, alıcı saxtası ilə orjinalını ayırd edə bilmir. Yalnız mütəxəssis və firmanın əməkdaşları hansısa istehsal tarixindən, yazıların şriftindən, yaxud koddan məhsulun saxta olduğunu bilirlər. Amma satıcılar sexlərdən gələn malı dərhal tanıyır. Özünü firma əməkdaşı kimi təqdim edə bilərlər, amma bir-iki kəlmə ilə tora düşürlər, əməkdaşlıq üçün şirnikləndirici sözlər deyirlər”, -satıcı deyir və satışdakı qablaşdırılmış, 1 manat 80 qəpiyə satılan şorun məhz “İvanovka”dan gətirildiyinə əmin edir.
Şorun qablaşdırmasında şübhəli məqama rast gəlmirik, amma satıcının canfəşanlığı şübhə yaradır.
Səməd adlı satıcı isə deyib ki, alıcıların çoxu məhsulun qiyməti ilə maraqlandığından harada istehsal edildiyinə fikir vermirlər. “Guya ki, bazarlarda açıq halda satılan pendir, yağ, qatıq kənddən gətirilir? Hamısı sexlərdə hazırlanır”,-Səməd deyib və bazarlara nisbətən marketlərin daha etibarlı olduğunu bildirib.
Mağazalarda yerli mallarla yanaşı İran, Türkiyə və Rusiya istehsalı süd məhsulları və qənnadı məmulatları satılır. Məsələn, satışda “Cheese Farm” firmasına məxsus pendir, “Atena” firmasına məxsus ayran, dovğa, qatıq çeşidlərinə, “Mila” şirkətində istehsal olunan süd məhsullarına rast gəlirik. Kolbasa və sosiska məhsullarının etiketlərində də qablaşdırıldığı ünvandan tutmuş yararlılıq tarixinə kimi baxırıq. Satıcılar söyləyirlər ki, əvvəlki illərə nisbətən indi saxta sex mallarını alıb satmaq təhlükəlidir. Çünki hər an yoxlama gəlib mağazanı bağlaya, ən yaxşı halda cərimələyə bilər. Buna görə də daha çox ölkənin tanınmış firmalarına məxsus əmtəələrlə üstünlük verilirlər.
“Əvvəllər kustar sexlərdə hazırlanan məhsulları satırdıq, nə zəhərlənən olurdu, nə də narazılıq edən. Bizim mağazalardan daha çox məclislər üçün bazarlıq edirlər. Onlar da heç vaxt aldıqlarının keyfiyyətinə, sex malı olub-olmamasına fikir vermirdilər. Amma indi yoxlamalar olur deyə maları qaimə ilə alıb, sənədləşdiririk. Məhsuliyyət də sexlərin, firmaların üzərinə düşür”,- İ. Qutqaşınlı küçəsində yerləşən ərzaq mağazasının sahibi Eyvaz Kərimov deyib.
Satıcılardan biri isə məlumat verib ki, sonuncu yoxlamada onlara açıq halda satdəğı nehrə yağına irad bildiriblər, kolbasa, sosiska mallarına diqqət göstərilməsini tapşırıblar. “O qədər danışırlar ki, insanlarda inam qalmayıb. Baxırsan ki, 80 yaşı var, elə sual verir ki, guya bir şorla öləcək”,-satıcılardan biri isə sualımıza aqressiv cavab verir. Bildirir ki, bizdən əvvəl 1 manatlıq şor alan yaşlı kişi ilə danışmaqdan yorulub.
Mağzaların birində nəvəsi üçün “yoqurt” alan yaşlı qadın isə deyir ki, malın təmiz olub-olmadığını öyrənmək üçün satıcını and içdirir, sonra mal alır: “Babalı onun boynuna, mən belə inanıram”. Digər alıcı isə deyib ki, qənddən, şəkərdən imtina edib, İran məhsulları mağazasından alır: “Kiçik köşklər sex malı satır, böyük mağazalar yox? Nəysə buna tam inanmağım gəlmir. Hər bir halda istifadə müddətinə diqqət yetirirəm”.
Yolumuzu metronun “28 May” stansiyasının yaxınlığındakı açıq bazara salırıq. Və satıcı məhsulların Bərdə, İsmayıllı, Qubadan gətirildiyini iddia edir. Amma az keçmir məlum olur ki, onun özü də məhsulları digər bazardan alıb, pendirin məhz Bərdədən, şorun İsmayıllıdan gətirildiyinə tam əmin deyil: “Nə fərqi var ki, əsas dadı yaxşı olsun”.
Amma fərqi var, natəmizlik içərisində, mənşəyi bəlli olmayan xammaldan hazırlanan, içərisinə kimyəvi qatqılar qatılan məhsullar birdəfəyə öldürməsə də, zəhərləyir. Və biz xəstəliyi satın alırıq…
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-10-2019, 21:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-10-2019, 21:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29