reklam
Regionxeberlericom.az » Araşdırma » Oqtay Güləliyevin son durumu ilə bağlı xəbər var

reklam

Oqtay Güləliyevin son durumu ilə bağlı xəbər var


Hüquq müdafiəçisi Oqtay Güləliyevin son vəziyyəti ilə bağlı xəbər var.
Bu barədə həkim Adil Qeybulla "Facebook" səhifəsində paylaşıb. O, Oqtay Güləliyevi cərrahi əməliyyat etmiş neyrocərrah Bəhmən Yadigarovla danışdığını yazıb.

“Oqtay Güləliyevi cərrahi əməliyyat etmiş neyrocərrah Bəhmən Yadigarovla danışandan sonra həkimlərin icazəsi ilə Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsində Oqtay bəyi ziyarət etdim. Kəskin dövr hələ keçməyib. Süni ventilyasiya şəraitindədir. Bununla yanaşı, vəziyyəti stabildir, geriləmə yoxdur, beyin travmasına bağlı komatoz durumdadır. Hemodinamik göstəriciləri stabildir, saturasiyası (toxumaların oksigen təminatı) normaldır”.

O.Güləliyev oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub.


Paylaş:


Müəllif : Tarix:
3-11-2019, 00:06
Sikayət   


loading...
Загрузка...