“Uçanın, qaçanın, sürünənin, məməlinin...” - İqbal Ağazadədən keçmiş həmkarına cavab
Xəbər verdiyimiz kimi, keçmiş millət vəkili, YAP Siyasi Şurasının üzvü Musa Musayev deputatların sayının artırılması ilə bağlı təklif irəli sürüb. M. Musayev buna səbəb kimi 1995-ci ilə nisbətən Azərbaycan əhalisinin artaraq 10 milyonu keçməsini göstərib.
“Bəs, Azərbaycan parlamentində deputatların sayı niyə artmasın? Mənim fikrimcə, millət vəkillərinin sayı artırılmalı, eyni zamanda başqa vəzifələrdə çalışan məmurların deputatlığına son qoyulmalıdır”, - deyə o bildirib.
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan keçmiş millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə bu addımı dəstəkləmədiyini və buna ehtiyac olmadığını söyləyib:
“Mən parlamentdə deputatların sayının artırılmasının tərafdarı deyiləm. Hər bir dairəyə orta hesabla 40 min seçici düşür. Bu normal saydır, elə böyük say da deyil. Artırılmaqla da nəyəsə nail olmayacağıq. Mən proporsional seçki sisteminin tərəfdarıyam. Hesab edirəm ki, birinci mərhələ üçün 50-nin 75 nisbətində - 50 proporsional, 75 majoritar qaydada millət vəkillərinin seçkisini təyin etmək olar. Bu birinci mərhələ üçün olar, sonrakı mərhələlərdə cəmiyyətin sifarişi, parlamentin, idarəetmənin effektivliyini nəzərə alıb ümumiyyətlə, bütövlükdə proporsional seçki sisteminə keçid etmək mümkündür. Azərbaycanda 5 milyon 550 min seçici var, bu da orta hesabla 125 dairəni ödəyir. Bu böyük artım deyil ki, deputat sayı da o artıma nəzərən dəyişsin”.
İqbal Ağazadə son günlər bəzi yaşı 70-i keçən deputatlarımızın üzmək, qaçmaq kimi məharətlərindən danışaraq deputatlığa yenidən namizəd olacaqları haqqında fikirlərinə də münasibət bildirib:
“Xalq kimi seçirsə, xalqı o təmsil etməlidir. Üzdü, qaçdı, süründü bunların heç bir əhəmiyyəti yoxdur. İstəyir 18, 100, 150 yaşı olsun, yetər ki, ona xalq səs versin. Nəhayətdə biz anlamalıyıq ki, insanların passiv və aktiv seçki hüququndan istifadəsi fərqli anlamlardır. “Biz parlamentə kim seçilməlidir?” sualının cavabını birmənalı verməliyik: “Xalq kimə səs versə”. Biz hesab edirik ki, parlament təyinatlı orqandır. Buna görə deyirik, bu olmasın, o olsun, o biri olmasın, bu birisi olsun. Xalq da ki, bəlkə, sabah sürünənə səs verəcək, birsi gün üzənə səs verəcək, o biri gün uçana səs verəcək. Yetər ki, o səsi xalq versin. Biz xalqın səsi ilə formalaşdırılmış parlament istəyirik, xalqın səs verdiyi deputatların orada təmsil olunmasını istəyirik, uçanın, qaçanın, sürünənin, məməlinin heç bir aidiyyatı yoxdur”.
İ. Ağazadə bir neçə gündür ki, müzakirə olunan deputat Xanhüseyin Kazımlının qeyri-səlis nitqi haqqında da danışıb:
“Mən Xanhüseyn müəllimin danışığını neçə il parlamentdə görmüşəm. Xanhüseyn müəllim Azərbaycan dilində kifayət qədər normal bilir. Özü də tərəkəmədir, dil qaydalarını kifayət qədər bilir. O halı nəsə başqa bir hal idi. Xanhüseyn müəllim desin ki, o hal nə hal idi? O halda olanda bilmirəm, adam nə danışır. Amma adi halda adamlar elə danışmır, heç Xanhüseyn müəllim də adi halında elə danışmır. Mən tanıyıram axı. Orada başqa nəsə bir əmma var. Xanhüseyn müəllimdən o əmmanı soruşun, tapın”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-11-2019, 14:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-11-2019, 14:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29