Rafael Cəbrayılovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı iddia qaldırıldı
Bu gün Abşeron rayon Məhkəməsində sabiq deputat Rafael Cəbrayılovun məcburi gətirilməsi ilə bağlı icraçı İlyas Həsənovun təqdimatı üzrə məhkəmə prosesi keçirilib.
Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesə nə icraçı İlyas Həsənov, nə də Rafael Cəbrayılov gəlib.
Prosesdə yalnız zərərçəkən Məlahət Qurbanovanın nümayəndəsi iştirak edib. Məhkəmə prosesi noyabrın 15-ə qədər təxirə salıb.
Xatırladaq ki, R. Cəbrayılov zərərçəkən M. Qurbanovaya 370 min manat borcu var.
APA-nın əldə etdiyi məlumata görə, sabiq deputatla zərərçəkən arasında bir həftə əvvəl Abşeron rayon İcra Şöbəsində görüş keçirilib. R. Cəbrayılov zərərçəkəndən borcun ödənilməsi ilə bağlı sonuncu dəfə vaxt istəyib.
Qeyd edək ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, T. Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa X. Nəcəfova adlı daha bir qadından da borc alıb.
Rafael Cəbrayılovun, həmçinin, M. Qurbanova, O. Hacıyev, S. Məmmədova və onun oğlu F. Əliyevə də borcu olduğunu ortaya çıxıb.
Rafael Cəbrayılov bundan sonra mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.
Oktyabrın ayının 2-də MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilib
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-11-2019, 20:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-11-2019, 20:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29