Təhsil şirkətlərinin aldatdığı tələbələr - Xaricdə gecələməyə yer tapmır, 5-6 ilini 1-ci kursda keçirirlər...
İllər əvvəl Azərbaycanda diplom almaq bir üstünlük, nüfuz sayılırdı. Hətta qız anaları diploma cehiz gözü ilə də baxırdılar, yaxud diplomsuz oğlanlara qız vermirdilər. Bu baxışlar indi istisna edilməsə də, əvvəlkindən bir az fərqlənir.
Belə ki, bu gün Azərbaycan valideynləri övladlarının xaricdə təhsil almasını daha çox istəyirlər. Elə bu səbəbdəndir ki, təki xaric olsun deyərək, ağına-bozuna baxmadan, heç bir araşdırma aparmadan bir attestat tələbilə övladlarını qərib ölkələrə göndərirlər.
Bu gün xüsusilə Türkiyə ali məktəbləri Azərbaycanda populyarlıq qazanan təhsil müəssisələri sırasındadır. Xaricdə təhsil şirkətlərinin “bir attestat”la qəbul etdikləri tələbələrin sonrakı taleyi isə bir çox hallarda acınacaqlı olur...
Türkiyədəki azərbaycanlı jurnalistlərin verdikləri məlumatlar çox üzücüdür: Aldanaraq gecələməyə yer tapmayan, 5-6 ilini bakalavriat pilləsinin birinci kursunda keçirən, ailələrini dərdə salan azərbaycanlı gənclər. Bütün bunları isə xaricdə təhsil adı ilə fəaliyyət göstərən, əslində valideynləri aldadaraq pullarını alan, övladlarının gələcəyini məhv edən dələduz şirkətlər həyata keçirir. Bu hal o qədər kütləviləşib ki, yüksək biliyə malik olan gənclərimiz az qala qardaş Türkiyədə “qurunun oduna yaş da yanar” acısını yaşayırlar.
“Perspektivsiz xarici ali təhsildənsə peşə öyrənmək yaxşıdır”
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, hər bir vətəndaşın təhsil almaq hüququ var, amma bunun üçün edilən seçim doğru olmalıdır: “Çünki burada bir insan teleyindən söhbət gedir. Bəzən gənclərimiz hansı ölkəni, hansı şəhəri, hansı universiteti seçməsinə diqqət yetirmir, bilmir ki, həmin universitet ölkədə tanınır-tanınmır, akreditasiyadan keçib-keçməyib. Yəni bir sözlə istəyir ki, onun ali təhsili olsun. Universitetin nə qədər perspektivsiz olması həmin vətəndaşın işə qəbulu zamanı daha çox aşkara çıxır. Bu çox aktual məsələdir və bu sahədə çox ciddi maarifləndirmə aparılmalıdır. Gənclərə doğru yol göstrmək lazımdır ki, onlar ali təhsilin perspektivinin nədən ibarət olduğunu bilsinlər. Bu mənada minlərlə, on minlərlə vətəndaş ya diplomunun tanınmaması, ya diplomunun şübhəli olması ilə bağlı işsiz qalır. Bu isə onların həyatında itirilmiş dövr sayılır. Mənim fikrimcə, həmin şəxslər bunun əvəzində hansısa peşəni öyrənsəydilər daha yaxşı olardı”. Xaricdə yaşayış çətinliklərilə üzləşən azərbaycanlı tələbələr
Onun sözlərinə görə, hazırda Türkiyə, Rusiya, Belarusiya universitetlərində bizim ali təhsilin mahiyyətini bilmədən oxuyan çoxsaylı tələbələrimiz var: “Bunlar təki xaricdə təhsil alım, yaxud ölkədən çıxım düşüncəsiylə, hansısa ehtimal əsasında həmin ölkələrə üz tutanlardır. Öz ölkəsində çox da mürəkkəb olmayan qəbul prosesilə universitetə qəbul ola bilməyənlər o ölkələrdə, onların dilini bilməyə-bilməyə çox böyük çətinliklərlə üzləşirlər, yaşayış çətinliklərilə üz-üzə qalırlar. Əvvəllər Azərbaycanda özəl ali məktəblər çox idi. Xüsusilə Beynəlxalq Universitet on minlərlə tələbə qəbul edirdi. Bir növ vəziyyət ört-basdır olunurdu. Bir çox özəl ali məktəblər ləğv olunduqdan sonra gənclərimiz diplomları Azərbaycanda tanınmayan xarici ali məktəblərə üz tuturlar ki, bu da onların gələcəyi üçün çox perspektivsizdir”.
“Xaricdə təhsil adıyla ordudan yayınanlar var"
Ekspert qeyd edib ki, bu problemin qabarmasında valideynlərin məsuliyyətsizliyi də böyük önəm daşıyır: “Bu həm də fərdi olaraq hər bir ailənin öz problemidir. Xaricdə təhsil adıyla övladı ölkədən çıxartmaqla deyil. Valideynlər maraqlanmalıdırlar ki, uşaqları Türkiyə, Rusiya, Ukrayna və s. ölkələrdə hansı perspektivli universitetdə oxuyur. İnternet əsrində bu kimi məlumatları toplamaq olduqca asandır. Övladın xaricdə təhsil almaq adıyla ölkədən çıxarılması həm də müxtəlif səpkili problemlərdir. Çoxu da sırf təhsillə bağlı deyil. Əksəriyyəti sosial vəziyyətdən dolayı işləmək, ölkəni tərk etmək istəyilə və s. ilə bağlıdır. Düşünürəm ki, əsas yük valideynlərin üzərinə düşür. Bu baxımdan valideynlər xaricdə ali təhsil almaq adıyla övladlarının hansısa manipulyasiya etmək cəhdlərinin qarşısını almalıdırlar. Bu cür perspektivsiz ali təhsil oğlanların ordudan yayınma hallarını genişləndirir. Bu baxımdan aidiyyatı qurumlar kompleks işləməlidirlər. Bütün hallarda ali təhsil almaq rasional xarakter daşımalıdır. Bu gün xaricdəki universitetə üz tutan Azərbaycan vətəndaşı bəzi hallarda xaricdəki universitetin perspektivsiz olduğunu bilir, amma bəzən əlacsızlıqdan oxuyur. Bu da təəssüfdoğurucu məqamdır”. (modern.az)
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-11-2019, 15:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-11-2019, 15:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
Bu gün, 15:39