Onlar niyə getdilər? – Maraqlı səbəblər
Noyabrın 29-da Prezident Administrasiyasının yeni strukturu təsdiq olundu. Məlum oldu ki, yeni strukturda bəzi dəyişiklik edilib və bir sıra şöbələr ləğv edilib.
Ölkə başçısının müvafiq sərəncamları ilə Prezidentin yeni köməkçiləri və Administrasiyanın yeni şöbə müdirləri təyin olundu.
Modern.az saytı Prezident Administrasiyasında ləğv edilən şöbələr və onların rəhbərləri barədə kiçik bir araşdıarma aparıb. Onlar vəzifələrini niyə itirdilər?.. Sualın birmənalı cavabı yoxdur.
Prezident Administrasiyasın ləğv edilən şöbələrindən biri İctimai-siyasi məsələlər şöbəsi oldu. Bu ləğvetmə nəticəsində həmin şöbənin müdiri - Prezidentin köməkçisi Əli Həsənov vəzifəsini itirdi. Dövlət başçısı bununla bağlı ayrıca sərəncam da imzaladı.
Əli Həsənov düz 24 il idi ki, Prezident Administrasiyasında çalışırdı. O, 1995-ci ilin sentyabrında Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin olunub. 1996-cı ildən isə bu şöbəyə rəhbərlik edib.
2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlandırılıb.
Prezidentin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin edilib.
59 yaşlı Əli Həsənov hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür…
Onun vəzifədən çıxarılması sosial mediada müxtəlif cür şərh edilməkdədir.
Bəziləri son vaxtlar cənab Həsənovun rəhbərlik etdiyi şöbənin işindən ciddi narazılığın formalaşdığını əsas gətirərək, belə bir sərəncamın verildiyini iddia edir.
Əli Həsənovun özü isə vəzifədən uzaqlaşdırılmasını mətbuata şərh edərkən deyib ki, o, son 3 ildə Prezidentdən bir neçə dəfə xahiş edib ki, onu vəzifəsindən azad etsin. Və məhz indi dövlət başçısı onun müraciətimi nəzərə alıb.
“Son 3 ildə sağlamlığımla, səhhətimlə bağlı cənab prezidentdən xahiş etmişdim ki, məni bu gərgin fəaliyyətdən, gərgin vəziyyətdən azad etsin. Mən 53 yaşında iki dəfə açıq ürək əməliyyatı keçirmişəm, bir dəfə infakt olmuşam. Sağlamlığım bu günlə sabah arasında, belə deyək, mövcudluğum sadəcə olaraq, Allaha bağlıdır.
Ona görə də bu iş mənim üçün həddindən artıq gərgin idi. Və son 3 il ildir, dəfələrlə cənab prezidentə müraciət etmişdim ki, cənab prezident, imkan varsa, mənim işimi dəyişin. Bu gün də təşəkkür edirəm ki, müraciətimi də nəzərə alaraq, - onun özünün də yəqin bununla bağlı planları, proqramları, səbəbləri var, - məni azad elədi. Buna görə də ona təşəkkür edirəm”, - Əli Həsənov deyib.
Yeri gəlmişkən, ləğv edilən İctimai-siyasi məsələlər şöbəsi siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat sahəsini kurasiya edirdi. İndi bu şöbənin səlahiyyətləri Administrasiyada yaradılan iki yeni şöbəyə həvalə edilib:
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi (hələ ki təyinat olmayıb);
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi (şöbə müdiri Ədalət Vəliyev).
Adiminstrasiyadakı vəzifəsini itirənlərin biri də Prezident Katibliyinin rəisi Dilarə Seyidzadə oldu. Xanım Seyidzadə bu il oktyabrın 25-də 80 yaşını tamam etmişdi və onun təqaüdə göndəriləcəyi istisna olunmurdu.
Dilarə Seyidzadə mərhum dövlət başçısı Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra - 1993-cü il noyabrən 9-da o zamankı Prezident Aparatına işə cəlb edilib. Belə ki, o, həmin tarixdə Prezidentin İcra Aparatının Humanitar siyasət şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin edilib. Dilarə xanım bu vəzifədə 1997-ci ilin sentyabrınadək çalışıb. Həmin il sentyabrın 1-də o, Prezidentin köməkçisi vəzifəsinə təyinat alıb. D.Seyidzadə 25.04.1998-ci il tarixinədək bu vəzifəni tutub. 25.04.1998 - 16.11.1999-cu illərdə Prezident Katibliyində rəis müavini – prezidentin köməkçisi işləyib.
Azərbaycan Prezidentinin 16 noyabr 1999-cu il tarixli sərəncamı ilə Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
2019-cu ilin 29 noyabrınadək bu vəzifədə çalışıb. Yeni strukturda Prezident Katibliyinin rəisi vəzifəsi ləğv olunub.
Prezident Administrasiyasında ləğv edilən şöbələrdən biri də Strateji araşdırma və planlaşdırma şöbəsi oldu. Nəticədə həmin şöbənin müdiri Səadət Yusifova yeni strukturda yer almadı.
S.Yusifova 12 aprel 2014-cü il tarixində həmin vəzifəyə gətirlmişdi. (Ona qədər Strateji araşdırma və planlaşdırma şöbəsinə sabiq deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov rəhbərlik edirdi. O, 2014-cü il martın 17-də işdən azad olunmuşdu).
Hüquq üzrə fəlsəfə doktoru S.Yusifova əvvəllər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Daha öncə - 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib.
Daha sonra BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi işləyib.
Şöbə müdiri postundan kənarda qalan 45 yaşlı Səadət Yusifovanın Administrasiyada hansısa vəzifədə saxlanılıb- saxlanılmadığı barədə məlumat verilməyib. Mümkündür ki, o, yeni strukturdakı şöbələrin hansısa birində fəaliyyətə davam etsin.
Azər Əmiraslanovun da vəzifəsini itirməsinə səbəb Prezident Administrasiyanın yeni strukturunda onun rəhbərlik etdiyi Aqrar siyasət məsələləri şöbəsinin ləğv edilməsi oldu.
Azər Əmiraslanov həm də Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi vəzifəsindən azad olunub.
A.Əmiraslanov Prezident Administrasiyana 2008-ci ilin avqustunda Milli Məclisdən aparılmışdı. Həmin vaxt o, parlamentin gənc deputatlarından idi, 2005-ci il noyabrın 6-da 98 saylı Şəmkir şəhər seçki dairəsindən mandat qazanmışdı. Və cəmi 3 ilə yaxın müddətdə deputat kimi fəaliyyət göstərdi.
O zaman A.Əmiraslanov Administrasiyaya aparılan perspektivli kadrlardan sayılırdı.
O, 2008-ci il 25 avqust tarixli sərəncamla Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə, 2017-ci il 31 may tarixli sərəncamla isə Azərbaycan Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsinə təyin edilmişdi.
48 yaşlı Azər Əmiraslanov hələ ki yeni vəzifəyə təyinat almayıb. Onun komandadan kənarda qalmağı müxtəlif suallar doğurur...
Prezident Administrasiyasının yeni strukturunda yer almayan şöbə müdirlərindən biri də Eldar Nuriyev oldu. Onun Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında ayrıca sərəncam imzalandı.
E.Nuriyevin Prezident Administrasiyasına gəlişi 1998-ci ilin mayına təsadüf edib. Həmin vaxt o, Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunub. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklib. E.Nuriyev burada 6 il çalışıb. 2006-cı ildə o, əvvəllər çalışdığı prokurorluq sisteminə qayıdıb.
2006-cı ilin aprelində E.Nuriyev Baş prokurorun müavini vəzifəsinə təsdiqlənib. Bir müddət Baş prokurorun müavini vəzifəsində çalışan E.Nuriyev daha sonra Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin olunub.
E.Nuriyev bu il noyabrın 15-də 65 yaşını tamam edib.
Qeyd edək ki, E.Nuriyevin yerinə - Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsinə ləğv edilən Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənov gətirildi.
K.Həsənov həm Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri, həm də Prezidentinin köməkçisi vəzifəsini yerinə yetirəcək.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-12-2019, 11:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-12-2019, 11:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24